OPEC+ kvota artımlarına fasilə verməyi planlaşdırır
OPEC+ alyansının sentyabr ayında nəzərdə tutulan son artımdan sonra neft hasilatı kvotalarının yüksəldilməsinə fasilə verməyi planlaşdırdığı bildirilir.
Nümayəndələrin sözlərinə görə, hazırda İran müharibəsinin neft təklifinə sürətlə dəyişən təsirləri qiymətləndirilir.
Nümayəndələr bildiriblər ki, hasilatçı ölkələr alyansı avqustun 2-də onlayn formatda keçiriləcək iclasda sentyabr ayı üçün hasilat kvotasının gündəlik 188 min barel artırılmasına dair razılaşmanı təsdiqləməyi planlaşdırır. Bununla da mövcud artım dövrü başa çatacaq və cari ilin qalan hissəsində əlavə kvota artımı nəzərdə tutulmur.
Nümayəndələrdən biri qeyd edib ki, bu, hazırkı plandır, lakin şərtlərdən asılı olaraq dəyişdirilə bilər.
Fasilələrlə davam edən hərbi qarşıdurma dövründə neftin qiymətləri olduqca dəyişkən olub. Fyuçers qiymətləri ötən həftə bir barel üçün 100 dolları keçsə də, ABŞ ilə İran arasındakı döyüşlərdə yaranan fasilədən sonra 90 dollardan aşağı düşüb.
ABŞ-nin İrana qarşı başladığı müharibə Yaxın Şərqdə hasilatın ciddi şəkildə məhdudlaşmasına səbəb olub. Bu isə kvota dəyişikliklərinin bazara təsirinin üzə çıxması üçün müəyyən vaxt tələb olunacağı deməkdir.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi və OPEC məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
39 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























