Apple ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatıb
“iPhone” istehsalçısı "Apple" şirkətinin səhmləri bu gün 1,8%-dək bahalaşaraq 342,89 dollara yüksəlib.
Marja xəbər verir ki, bununla da şirkətin bazar kapitallaşması tarixində ilk dəfə 5 trilyon dolları ötüb. Lakin qısa müddət sonra göstərici yenidən bu həddən aşağı düşüb.
“Apple”ın səhmləri ticarət sessiyasını 340,43 dollardan yuxarı səviyyədə başa vurarsa, şirkətin bazar dəyəri 5 trilyon dollarlıq həddi rəsmən keçmiş olacaq.
“Nvidia” mayın 14-də 5,7 trilyon dollarlıq rekord bazar dəyəri ilə ticarəti başa vurmuşdu. Lakin həmin tarixdən etibarən şirkətin bazar kapitallaşması təxminən 1 trilyon dollar azalıb.
“Apple” hazırda “S&P 500” indeksində bazar dəyərinə görə ən böyük şirkətdir.
Apple yenidən dünyanın ən dəyərli şirkəti olub
“Apple” bazar ertəsi ticarət sessiyasının yekunlarına əsasən “Nvidia”nı geridə qoyaraq 2025-ci ilin aprelindən bəri ilk dəfə dünyanın ən yüksək bazar dəyərinə malik şirkətinə çevrilib.
Süni intellekt çipləri istehsalçılarının səhmlərində müşahidə olunan genişmiqyaslı satış dalğası fonunda “Nvidia”nın səhmləri bazar ertəsi 5% ucuzlaşıb. Nəticədə şirkətin bazar kapitallaşması 4,77 trilyon dollara düşüb.
“Apple”ın səhmləri isə şirkətin cümə axşamı açıqlayacağı və böyük maraqla gözlənilən maliyyə nəticələri ərəfəsində bahalaşıb. Bununla da şirkətin bazar dəyəri 5 trilyon dollara yüksəlib.
“Nvidia” 2025-ci ilin iyunundan etibarən dünyanın ən dəyərli şirkəti mövqeyində idi. Şirkət həmin dövrdə “Microsoft”u geridə qoymuşdu.
2026-cı ilin əvvəlindən bəri “Nvidia”nın səhmləri cəmi 4% bahalaşdığı halda, “Apple”ın səhmlərinin dəyəri 24% dəyərqazanıb. Analitiklər bildirirlər ki, investorlar “Apple”ın süni intellekt sahəsinə böyük həcmdə kapital yatırmaq əvəzinə, ehtiyac duyduğu hesablama gücünü icarəyə götürmək strategiyasını müsbət qarşılayırlar.
Eyni zamanda, investor marağının tədricən yalnız süni intellekt prosessorlarından uzaqlaşaraq “Micron Technology”, “SK Hynix” və “SanDisk” kimi süni intellekt məlumat mərkəzlərinə yatırılan sərmayələrdən faydalanan yaddaş çipi və infrastruktur şirkətlərinə yönəldiyi bildirilir.
“Apple”ın cümə axşamı açıqlayacağı maliyyə ilinin üçüncü rübü üzrə nəticələrində qlobal yaddaş çipi çatışmazlığının maliyyə təsirlərini ilk dəfə ətraflı şəkildə təqdim edəcəyi gözlənilir. Şirkət tədarük çatışmazlığı səbəbindən iyun ayında “Mac” və “iPad” cihazlarının qiymətlərini artırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
31 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























