"TuranBank" Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyasından 2 milyon dollar da cəlb edib
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edirAzərbaycanın aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə tərəfdaşlığını davam etdirir.
Bankın yaydığı məlumata görə, beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində "TuranBank" növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində vəsaitin cəlb edilməsini uğurla başa çatdırıb. Bununla da, sözügedən saziş çərçivəsində hazırkı dövrədək cəlb edilmiş ümumi vəsaitin həcmi 5.5 milyon ABŞ dolları təşkil edib.
Cəlb olunan yeni maliyyə resursları ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin ticarət əməliyyatlarının dəstəklənməsinə, eləcə də idxal və ixrac proseslərinin maliyyələşdirilməsinə yönəldilir.
"Saziş çərçivəsində nəzərdə tutulan layihələrin qısa müddət ərzində və ardıcıl şəkildə həyata keçirilməsi TuranBank-ın maliyyələşdirmə imkanlarını və kreditləşmə potensialını nümayiş etdirməklə yanaşı, beynəlxalq maliyyə institutlarının Bankın maliyyə dayanıqlılığına, şəffaf idarəetmə prinsiplərinə və institusional nüfuzuna göstərdiyi yüksək etimadın bariz nümunəsidir",- Bankın məlumatında bildirilir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm





























