“Cyera” şirkəti "Oasis Security”ni 1 milyard dollara almaq barədə razılığa gəlib
Məlumat təhlükəsizliyi şirkəti “Cyera” sürətlə artan süni intellekt agentlərinin təhlükəsizliyini təmin etmək məqsədilə “Oasis Security”ni 1 milyard dollara almaq barədə razılığa gəlib.
Marja xəbər verir ki, bu yaxınlarda 12 milyard dollarlıq qiymətləndirmə ilə 600 milyon dollar investisiya cəlb edən “Cyera” bildirib ki, “Oasis Security”ni təxminən 1 milyard dollara satın almaq üçün niyyət məktubu imzalayıb. Sövdələşmə məbləğinin böyük hissəsinin nağd, qalan hissəsinin isə “Cyera”nın səhmləri ilə ödəniləcəyi gözlənilir.
Süni intellekt agentlərinin sayı sürətlə artdıqca şirkətlər bu agentlərin davranışlarını izləyən və onların digər proqram təminatlarına çıxış icazələrini idarə edən kibertəhlükəsizlik həllərini tətbiq etməli olurlar. Sövdələşmə biznesləri süni intellekt dəstəkli təhdidlərdən qoruyan kibertəhlükəsizlik xidmətlərinə tələbatın sürətlə artdığını göstərir.
“Oasis Security” ilə “Accel” və “Cyberstarts” kimi ortaq investorları olan “Cyera” son dövrdə satınalma proseslərini sürətləndirib. Şirkət yaxın vaxtlarda “Index Ventures” tərəfindən dəstəklənən “Ryft”i, həmçinin yaradılmasından hələ bir il keçməyən “Genie Security”ni də öz strukturuna daxil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
31 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























