Neft, Trampın “ABŞ İranı sərt vuracaq” açıqlamasından sonra 7% bahalaşıb
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı gözlənilməz hücum cəhdinə cavab olaraq İranın sərt şəkildə vurulacağını bildirməsindən sonra çərşənbə günü neft qiymətləri kəskin yüksəlib.
Beynəlxalq etalon sayılan “Brent” markalı neftin fyuçerslərinin qiyməti 7,4% artaraq bir barel üçün 90,31 dollara çatıb. ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 6,6% bahalaşaraq 84,46 dollara yüksəlib.
Tramp “Fox News”a açıqlamasında İran İnqilabı Keşikçiləri Korpusunun ABŞ qüvvələrinə ballistik raketlər atmasından sonra İranın “ağır zərbə alacağını” deyib.
“Biz onları sərt şəkildə vuracağıq”, – ABŞ Prezidenti bildirib.
“Axios”un məlumatına görə, İran İordaniyadakı ABŞ bazasını hədəfə alıb. ABŞ Mərkəzi Komandanlığı raketlərin uğurla zərərsizləşdirildiyini açıqlayıb.
Bu hücum döyüşlərdə yaranmış qısamüddətli fasiləni pozub. Münaqişənin gərginliyin azalması istiqamətində irəlilədiyinə dair gözləntilər fonunda həftənin əvvəlində neft fyuçersləri ucuzlaşmışdı.
RBC Capital Markets-in əmtəə strategiyası üzrə rəhbəri Helima Kroft çərşənbə axşamı müştərilərə göndərdiyi qeyddə bildirib:
“Beş ay əvvəl müharibənin başlanmasına səbəb olmuş nüvə qarşıdurmasını həll edəcək və ya dəniz nəqliyyatının normallaşmasına imkan yaradacaq böyük diplomatik irəliləyişin astanasında olduğumuza son dərəcə şübhə ilə yanaşırıq”.
Bu arada, Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, İranda müttəfiq olan İraq silahlı qruplaşmaları Səudiyyə Ərəbistanının Ər-Riyad və Şərq bölgələrində yerləşən neft obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika və Səudiyyə Ərəbistanı hərbi təyyarələri cavab olaraq çərşənbə axşamı həmin qruplaşmalara qarşı birgə zərbələr endirib.
İranın Yəməndəki müttəfiqləri olan husilər bazar ertəsi nefti Qırmızı dənizdə yerləşən Yanbu ixrac terminalına daşıyan Səudiyyə Ərəbistanı boru kəməri infrastrukturunu hədəfə aldıqlarını açıqlayıblar. İranın hücumları səbəbindən Hörmüz boğazında gəmiçilik pozulduğu üçün Ər-Riyad neft ixracında bu boru kəmərinə arxalanır.
İran və husilər Yaxın Şərqdən neft ixracının iki strateji keçid nöqtəsi olan Hörmüz boğazı və Qırmızı dənizin cənubundakı gəmi hərəkətinə nəzarət etməyə çalışırlar.
İran qüvvələri bu ay Hörmüz boğazından keçən neft tankerlərinə dəfələrlə hücum ediblər. Husilər isə ötən həftə Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edib və Qırmızı dənizdə iki tankerə hücum etdiklərini bildiriblər.
TD Securities-in əmtəə strategiyası üzrə baş mütəxəssisi Rayan Makkey çərşənbə günü yaydığı qeyddə bildirib:
“Bazarlar sülhün bərpa olunacağına dair gözləntilərlə hadisələri qabaqlayıb. Xüsusilə də İranın mümkün razılaşma çərçivəsində belə boğaza nəzarəti saxlamaqda israr etdiyini nəzərə almaq lazımdır”.
“Enerji axınlarının azalması və qlobal enerji bazarında təklifin daralması neft qiymətlərinin daha da yüksəlməsini dəstəkləyir”, – Makkey əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
-
8 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 24 d. əvvəl
- 40 d. əvvəl
-
44 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Expressbank eyni gündə 2 filial açıb
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı

























