“Kering”in səhmləri təxminən son 3 ildə ilk rüblük satış artımından sonra 11% bahalaşıb
“Gucci” brendinin sahibi olan “Kering” şirkətinin səhmləri lüks məhsullar istehsalçısının ardıcıl 11 rübdən sonra ilk dəfə gəlir artımı açıqlamasının ardınca 11%-dək bahalaşıb.
Marja xəbər verir ki, şirkətin ikinci rüb üzrə gəlirləri müqayisəli əsasda 2% artaraq 3,7 milyard avroya (4,2 milyard dollar) çatıb.
Bununla yanaşı, “Kering”in ən böyük brendi olan “Gucci”nin satışları 2% azalıb. Şirkətin yeni zərgərlik bölməsində isə 18% artım qeydə alınıb.
Nəticələr baş icraçı direktor Luka de Meonun aprel ayında şirkətdə artımı bərpa etmək üçün iddialı strategiya təqdim etməsindən sonra açıqlanıb. “Kering” 2022-ci ildə pandemiya dövrünün yüksəlişinin başa çatmasından sonra lüks məhsullar bazarında yaranmış tənəzzüldən ciddi zərər çəkib.
“Citi”nin analitikləri bildiriblər ki, xərclərin optimallaşdırılması hesabına mənfəətin proqnozları üstələməsi və “Gucci”də meyillərin yaxşılaşması “Kering”in tədricən bərpa olunacağına dair gözləntiləri gücləndirir.
Səhər ticarətində Avropanın lüks məhsullar sektoruna daxil olan şirkətlərin səhmləri əsasən bahalaşıb. Bununla belə, ultra-lüks seqmentdə fəaliyyət göstərən “Hermès”in səhmləri çərşənbə günü səhər açıqlanan və investorları heyran etməyən maliyyə nəticələrindən sonra ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
40 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























