Taleh Kazımov: “Kapital bazarları haqqında” yeni qanun layihəsi sentyabrda təqdim olunacaq
Ölkədə kapital bazarlarının inkişafı istiqamətində aparılan islahatların növbəti mərhələsi çərçivəsində yeni “Kapital bazarları haqqında” qanun layihəsi sentyabr ayında aidiyyəti qurumlarla razılaşdırılması üçün təqdim ediləcək.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına (AZTV) və APA İnformasiya Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Mərkəzi Bank, bazar iştirakçıları və beynəlxalq məsləhətçilərlə birgə hazırlanıb və mövcud “Qiymətli kağızlar haqqında” qanunu əvəz edəcək daha geniş hüquqi çərçivə formalaşdıracaq.
Taleh Kazımov qeyd edib ki, islahatlar iki əsas istiqaməti əhatə edir. Bunlardan biri hüquqi-normativ bazanın təkmilləşdirilməsi, digəri isə kapital bazarının infrastrukturunun gücləndirilməsidir. Bu çərçivədə investisiya şirkətlərinin fəaliyyəti, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının daha səmərəli işləməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, son iki ildə Azərbaycanda ilk dəfə ilkin kütləvi səhm təklifləri (IPO) həyata keçirilib. 2024-cü ildə ABB, 2026-cı ildə isə PAŞA Bank IPO reallaşdırıb. Onun sözlərinə görə, bu prosesdə əsas məqsəd cəlb olunan vəsaitin həcmi deyil, bazarda həm emitentlərin, həm də investorların sayının artırılması olub.
Kazımov bildirib ki, 2023-cü ilin sonunda Milli Depozit Mərkəzində cəmi 1 min aktiv investor olduğu halda, iki IPO-nun nəticəsində bu göstərici 50 mindən çox səviyyəyə yüksəlib. Onun sözlərinə görə, bu, cəmi iki il ərzində investor bazasının 50 dəfədən çox artdığını göstərir və həm əhalinin kapital bazarlarına inamının artmasının, həm də yeni emitentlər üçün geniş investor bazasının formalaşmasının göstəricisidir.
Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda aparılan islahatlar nəticəsində unikal əmanətçilərin sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü ilin sonunda ölkədə 114 min unikal əmanətçi olduğu halda, bu göstərici 220 minə yüksəlib. Artımın təxminən 75 faizi 30 min manata qədər olan əmanətlər hesabına baş verib.
Taleh Kazımovun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, vətəndaşlar əvvəlcə vəsaitlərini bank sektorunda yerləşdirir, daha sonra isə alternativ investisiya alətləri axtararaq kapital bazarlarına yönəlirlər. O vurğulayıb ki, son IPO-ların yaratdığı investor bazası kapital bazarlarının gələcək inkişafı üçün böyük potensial formalaşdırıb və Mərkəzi Bank növbəti strateji dövrdə bu potensialın daha sürətlə reallaşdırılmasını hədəfləyir.
Həmçinin oxu
Taleh Kazımovdan açıqlamalar - VİDEOMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
























