“Embafinans” 4 milyon manatlıq istiqrazlarını tam yerləşdirdi – Faiz dərəcəsi 13%-dir
“Embafinans” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 4 milyon manatlıq istiqraz emissiyasını tam həcmdə yerləşdirib.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, AZ2016020607 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 30 iyul 2026-cı il tarixində yekunlaşıb.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 40 min ədəd faizli, təmin edilmiş, sənədsiz adlı istiqraz buraxılıb. İstiqrazların illik faiz dərəcəsi 13%, tədavül müddəti isə 12 aydır.
Hərrac zamanı istiqrazların satış qiyməti nominal dəyərinə bərabər – 100 manat təşkil edib. İnvestor sifarişlərinin ümumi nominal məbləği 4 milyon manat olub və emissiya tam həcmdə reallaşdırılıb.
Hərracda 50 investor iştirak edib və ümumilikdə 50 sifariş təqdim olunub. Tələb təklif olunan istiqrazların həcminə tam bərabər olduğundan yerləşdirmə səviyyəsi 100% təşkil edib.
Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər üç təqvim ayından bir həyata keçiriləcək. Bu şərtlərlə bir istiqraz üzrə illik faiz gəliri 13 manat, rüblük faiz ödənişi isə 3,25 manat təşkil edir. Emissiya üzrə ümumi illik faiz ödənişinin 520 min manat olacağı hesablanır.
İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
BFB-nin Listinq Komitəsi 17 iyul 2026-cı il tarixində istiqrazların ticarətə buraxılması barədə qərar qəbul edib. Yerləşdirmənin nəticələri müvafiq tələblərə cavab verdiyindən qiymətli kağızlar Standart Bazar listinq seqmentinə daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
20 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























