Rabitəbank Bank of New York Mellon-da İngilis funt sterlinqi üzrə müxbir hesab açıb
Rabitəbank beynəlxalq bankçılıq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addım ataraq dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of New York Mellon (BNY) ilə əməkdaşlığını daha da inkişaf etdirib. Bu çərçivədə bank BNY-də İngilis funt sterlinqi (GBP) valyutasında müxbir hesab açıb.
Bank of New York Mellon (BNY) ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyması Rabitəbankın qlobal maliyyə sisteminə inteqrasiyasını daha da gücləndirir.
Dünyanın aparıcı maliyyə institutlarından biri ilə əməkdaşlığın genişləndirilməsi bankın etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini təsdiqləməklə yanaşı, xarici bazarlarda fəaliyyət imkanlarının genişlənməsinə və müştərilərinə beynəlxalq standartlara uyğun daha geniş maliyyə həlləri təqdim etməsinə əlavə dəyər yaradır.
Qeyd edək ki, Bank of New York Mellon (BNY) Rabitəbankın əsas strateji bank tərəfdaşlarından biridir. Bankla əməkdaşlığın davamlı şəkildə genişləndirilməsi Rabitəbankın beynəlxalq bankçılıq sahəsində mövqeyini gücləndirmək, müştərilərinə daha geniş imkanlar təqdim etmək və qlobal maliyyə sisteminə inteqrasiyasını dərinləşdirmək istiqamətində həyata keçirdiyi ardıcıl strategiyanın mühüm tərkib hissəsidir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 20 d. əvvəl
-
24 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
41 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm

























