Xırdalandan “Memar Əcəmi”yə işləyən avtobuslar yenilənir
Avqustun 1-dən etibarən Xırdalan şəhəri ilə “Memar Əcəmi” metrostansiyası arasında sərnişindaşıma həyata keçirən 135 nömrəli marşrut xəttinin avtobusları yenilənəcək.
Marja xəbər verir ki, bu barədə marşrut xəttinin daşıyıcısı “Faiqoğlu” şirkəti məlumat yayıb.
Məlumata görə, hazırda marşrut üzrə istifadə edilən dizel mühərrikli avtobuslar xətdən çıxarılaraq CNG texnologiyası ilə təchiz olunmuş iritutumlu avtobuslarla əvəz ediləcək.
Yeni avtobusların istifadəyə verilməsi ilə marşrutun sərnişindaşıma tutumunun artırılması, gedişlərin daha rahat və komfortlu təşkili nəzərdə tutulur. CNG ilə işləyən avtobusların dizel mühərrikli nəqliyyat vasitələri ilə müqayisədə atmosferə daha az zərərli tullantı buraxması da marşrutun ekoloji göstəricilərini yaxşılaşdıracaq.
135 nömrəli marşrut xətti Xırdalan şəhəri ilə Bakının “Memar Əcəmi” metrostansiyası arasında fəaliyyət göstərir.
Avtobuslarda gedişhaqqı 0,60 manatdır. Ödəniş yalnız nağdsız qaydada həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























