İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
(®) Rabitəbank müştərilərinə daha əlçatan və sərfəli maliyyə həlləri təqdim etmək məqsədilə ilk dəfə bankdan nağd pul krediti rəsmiləşdirən şəxslər üçün yeni kampaniyaya başlayıb.
Belə ki, ilk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər 50 000 AZN-dək məbləğdə krediti 59 ayadək müddətə, 0%-dən başlayan komissiya ilə rəsmiləşdirə bilərlər.
31 avqust 2026-cı il tarixinədək davam edəcək Kampaniya müştərilərin müxtəlif maliyyə ehtiyaclarını daha çevik və rahat şəkildə qarşılamaqla yanaşı, kredit xidmətlərindən daha sərfəli şərtlərlə yararlanmasına imkan yaradır.
Müştərilər kampaniyadan yararlanmaq üçün Rabitəbankın istənilən filialına müraciət edə və ya onlayn qaydada kredit sifarişi verə bilərlər.
Rabitəbank müştəri təcrübəsinin davamlı inkişafını və maliyyə xidmətlərinin əlçatanlığını strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə həyata keçirilən yeni kampaniya da ilk dəfə bankın kredit məhsullarından istifadə edən müştərilər üçün əlavə üstünlüklər təqdim etməklə yanaşı, onların maliyyə xidmətlərinə daha rahat çıxışını təmin edir.
Bank innovativ yanaşmaları və çevik məhsul həlləri ilə fərqli müştəri seqmentlərinin ehtiyaclarına uyğun kampaniyalar həyata keçirməyə davam edir. Məqsəd hər bir müştərinin maliyyə planlarını daha rahat reallaşdırmasına dəstək olmaq və bankçılıq xidmətlərini daha əlçatan etməkdir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
6 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
31 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 43 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























