Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
ABŞ prezidenti Donald Tramp iddia edir ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər və indi İranın nüvə proqramı ilə bağlı razılaşma gözləyir.
Tramp bu barədə Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərlə danışıb.
Trampın sözlərinə görə, ABŞ qismən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının tələbi ilə İrana zərbə endirməkdən çəkinib.
"Onların bunu istəməsinin səbəbi, razılaşma olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var və sonra nüvə proqramı və ya adlandıra biləcəyiniz kimi, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma var. Mən buna İranın nüvəsizləşdirilməsi deyirəm", - Tramp əlavə edib.
"İranla danışıqlar bazar ertəsi bərpa olunacaq"
ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə danışıqların bazar ertəsi yenidən başlayacağını açıqlayıb. Tramp tərəflər arasında razılaşma əldə olunacağına ümid etdiyini bildirib.
Trampın sözlərinə görə, Vaşinqtonun məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Tramp bildirib ki, ABŞ administrasiyası danışıqlar yolu ilə diplomatik həllə üstünlük verir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























