400 milyard dollarlıq meqasaziş müzakirə olunur
AstraZeneca”nın ötən həftə açıqladığı ikinci rüb üzrə maliyyə nəticələri göstərib ki, xərçəng və nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanlara yüksək tələbat şirkətin böyüməsini dəstəkləməkdə davam edir. Xərçəng əleyhinə preparatların satışından 2025-ci ildə təxminən 25 milyard dollar gəlir əldə olunubBöyük Britaniyanın əczaçılıq nəhəngi “AstraZeneca” ABŞ-dəki rəqibi “Bristol Myers Squibb” ilə birləşmə imkanını nəzərdən keçirir.
Marja.aaz xəbər verir ki, “Financial Times”ın yaydığı məlumata görə, mümkün saziş nəticəsində yaranacaq birgə şirkətin dəyəri təxminən 400 milyard dollar təşkil edə bilər.
Sazişin baş tutub-tutmayacağı hələlik məlum deyil. Mənbələr FT-yə bildiriblər ki, şirkətlər son bir neçə ay ərzində birləşmə ilə bağlı danışıqlar aparırlar.
Mümkün birləşmə tarixdəki ən böyük korporativ sazişlərdən biri ola bilər.
“AstraZeneca” və “Bristol Myers Squibb” CNBC-nin şərh sorğusuna dərhal cavab verməyiblər.
Ötən il “AstraZeneca” London birjasındakı listinqini qorumaqla yanaşı, ABŞ bazarındakı daha yüksək qiymətləndirmələrdən yararlanmaq məqsədilə səhmlərini birbaşa ABŞ birjasında listinqə çıxarmaq planlarını açıqlamışdı.
Paskal Sorionun baş direktor vəzifəsində çalışdığı 14 il ərzində “AstraZeneca”nın səhmlərinin qiyməti dörd dəfədən çox artıb. Şirkətin səhmləri həm FTSE 100 indeksini, həm də Böyük Britaniyadakı əsas rəqibi GSK-nın göstəricilərini xeyli üstələyib.
“AstraZeneca”nın ötən həftə açıqladığı ikinci rüb üzrə maliyyə nəticələri göstərib ki, xərçəng və nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanlara yüksək tələbat şirkətin böyüməsini dəstəkləməkdə davam edir. Xərçəng əleyhinə preparatların satışından 2025-ci ildə təxminən 25 milyard dollar gəlir əldə olunub. Bu, şirkətin ümumi satışlarının təxminən yarısına bərabərdir. Sonrakı yerdə təxminən 12 milyard dollarlıq satışla ürək-damar, böyrək və metabolik xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan preparatlar qərarlaşıb.
Mümkün saziş barədə məlumat “AstraZeneca”nın ABŞ-nin daha böyük əczaçılıq şirkəti “Pfizer”in satınalma təklifinin qarşısını almasından təxminən 12 il sonra yayılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
39 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















