Azərbaycanda avtonom yerüstü nəqliyyat vasitələrinin tətbiqi üçün hüquqi baza yaradılır
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.
Yəni bu dəyişikliklər:
· xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz avtobusların;
· sürücüsüz metro qatarlarının;
· logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərən avtonom yük nəqliyyat vasitələrinin;
· uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin
qanuni əsaslarla istismarına imkan yaradacaq.
Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Məsələn, ilkin mərhələdə sürücüsüz avtobusların müəyyən edilmiş xüsusi zolaqlarda və ya məhdud marşrutlarda sınaq və istismarı mümkün olacaq.
İstismar prosesinə nəzarəti xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərən operatorlar həyata keçirəcək. Bu isə o deməkdir ki, nəqliyyat vasitəsində sürücü olmasa belə, məsafədən idarəetmə mərkəzində operator sistemin fəaliyyətini izləyəcək və zərurət yarandıqda müdaxilə edə biləcək.
Qanun layihəsinə əsasən:
· avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi;
· məsafədən idarəetmə mərkəzlərinin yaradılması;
· məlumatların real vaxt rejimində dövlət informasiya sistemlərinə ötürülməsi;
· məlumatların ən azı 6 ay müddətində saxlanılması təmin olunmalıdır.
Layihənin diqqətçəkən yeniliklərindən biri də avtonom nəqliyyat vasitələrinin digərlərindən fərqləndirilməsi məqsədilə xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqidir.
Məlumat üçün bildiririk ki, bu texnologiyalar artıq dünyanın müxtəlif ərazilərində tətbiq olunur. Məsələn, avtonom avtobuslar və taksilər Çin, BƏƏ və ABŞ-də sınaq və istismar mərhələsindədir.
Beləliklə, təklif olunan dəyişikliklər Azərbaycanda gələcəyin nəqliyyat həllərinin – sürücüsüz avtobusların, avtonom metro və dəmir yolu sistemlərinin tətbiqi üçün hüquqi zəmin yaradır. Bu isə nəqliyyatın daha təhlükəsiz, səmərəli və texnoloji əsaslarla idarə olunmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
16 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
41 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























