Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edilib
Avtonom nəqliyyat sistemlərinin tətbiqi ilə bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına əsasən həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, məqsəd nəqliyyat sektorunda avtonom gəmidən istifadə üzrə hüquqi tənzimləmənin təkmilləşdirilməsi, sahəvi qanunvericiliyin bir-birinə uyğunlaşdırılması, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, bununla bağlı normativ hüquqi, texnoloji və institusional bazanın yaradılmasıdır.
Qanunda avtonom nəqliyyat mühitinin hüquqi tənzimlənməsi üçün “avtonom gəmi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi fundamental anlayışlar əksini tapıb.
Bununla yanaşı, qanunvericilikdə idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri, avtonom gəminin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, habelə onlara dair tələblər, eləcə də operatorun və gəminin mülkiyyətçisinin (sahibinin) vəzifələri də qeyd olunub.
Qeyd edək ki, qanuna əsasən avtonom gəmi yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət orqanının müəyyən etdiyi ərazidə istifadəsinə icazə veriləcək. Hər bir hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemini təmin edən operator vəzifəsində fəaliyyət göstərmək imkanı əldə edəcək.
İstismar zamanı o, avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət, təhlükə yarandığı hallarda operativ müdaxilə edəcək, bununla yanaşı, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin edəcək, hadisə, qəza və ya insident baş verərsə, dərhal aidiyyəti dövlət orqanlarını (qurumlarını) məlumatlandıracaq.
Avtonom nəqliyyat vasitəsinin istismarı zamanı vurulan zərərə görə isə nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) məsuliyyət daşıyacaq. Vurulan zərərin avtonom nəqliyyat vasitəsinin və ya avtomatlaşdırılmış idarəetmə sisteminin istehsalçısının, yaxud həmin sistemə texniki xidməti göstərən şəxsin, eləcə də mülki hüquqi müqavilə əsasında cəlb edilən operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı Mülki Məcəllənin tələblərinə əsasən onlara qarşı reqres qaydasında tələb irəli sürə bilər. Zərərin avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı ilə əmək münasibətlərində olan operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə, ödənilməsi Əmək Məcəlləsinin 30-cu və 32-ci fəsillərinin tələblərinə uyğun olaraq tənzimlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
29 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
38 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























