Naxçıvanda geniş kadr dəyişiklikləri – Üç icra başçısı təyin olundu
Naxçıvanda genişmiqyaslı kadr dəyişiklikləri - İcra başçıları dəyişdi: Biri azad edildi, digəri başqa rayona keçirildi.Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında bir sıra yerli icra hakimiyyətlərinin rəhbərliyində dəyişikliklər edib.
Marja xəbər verir ki, dövlət başçısının 4 avqust 2026-cı il tarixli sərəncamı ilə Anar Mehti oğlu Babayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Xatırladaq ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Cabbar Hafiz oğlu Musayev Prezidentin 9 fevral 2026-cı il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Sərəncam Prezidentin rəsmi saytında dərc olunub.
Digər sərəncamla Rəcəb Zakir oğlu Rəhimli Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Nurlan Rauf oğlu Hacıyev Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezidentin imzaladığı növbəti sərəncamlarla Naim Etibar oğlu Cahidzadə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Beləliklə, imzalanmış sərəncamlarla Naxçıvan şəhərinə və Ordubad rayonuna yeni icra başçıları təyin edilib, Naim Cahidzadə isə Sədərək rayonundan Culfa rayonuna rəhbər vəzifəyə keçirilib.
Bütün sərəncamlar Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə əsasən imzalanıb.
____________
A.M.Babayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.
XXX
R.Z.Rəhimlinin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
XXX
N.R.Hacıyevin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
XXX
N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
XXX
N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























