Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
(®) Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyata keçirəcək.
BIG 5 Construct Kenya Şərqi Afrikanın tikinti və inşaat sənayesi üzrə ən nüfuzlu beynəlxalq sərgilərindən biridir. Tədbir tikinti materialları, tikinti texnologiyaları, mühəndislik həlləri, inşaat avadanlıqları və innovativ məhsulların nümayiş olunduğu mühüm biznes platforması hesab edilir.
Sərgidə dünyanın 20-dən çox ölkəsindən 150-dən artıq şirkətin iştirakı, 9 500-dən çox peşəkar ziyarətçinin və yüzlərlə satınalma menecerinin, podratçı şirkətlərin, investorların və dövlət qurumlarının nümayəndələrinin qatılması gözlənilir.
AFAZ tərəfindən təşkil olunacaq 36 m²-lik Azərbaycan Pavilyonunda maksimum 10 Azərbaycan şirkəti öz məhsul və xidmətlərini "Made in Azerbaijan" brendi altında təqdim etmək imkanı əldə edəcək.
Pavilyonun əsas məqsədi Azərbaycan istehsalçılarının Afrika bazarında tanıdılması, yeni ixrac imkanlarının yaradılması, Keniya və digər Şərqi Afrika ölkələrinin tikinti sektorunda fəaliyyət göstərən şirkətlərlə birbaşa işgüzar əlaqələrin qurulmasıdır.
Sərgi çərçivəsində iştirakçılar:
- məhsullarını beynəlxalq auditoriyaya təqdim etmək;
- Afrika ölkələrinin idxalçıları və distribyutorları ilə B2B görüşlər keçirmək;
- yeni ixrac bazarları əldə etmək;
- investisiya və tərəfdaşlıq imkanlarını genişləndirmək imkanı qazanacaqlar.
Keniya Şərqi Afrikanın ən böyük iqtisadiyyatlarından biri olmaqla yanaşı, regionun logistika və tikinti layihələrinin əsas mərkəzlərindən hesab olunur. Son illərdə ölkədə həyata keçirilən iri infrastruktur və tikinti layihələri beynəlxalq istehsalçılar üçün yeni biznes imkanları yaradıb.
Africa–Azerbaijan Cooperation (AFAZ) Azərbaycan şirkətlərinin Afrika bazarına çıxışını dəstəkləmək, "Made in Azerbaijan" məhsullarının beynəlxalq bazarlarda tanıdılması və iki region arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Tikinti, inşaat materialları, mühəndislik, elektrik avadanlıqları, qapı-pəncərə, şüşə, metal konstruksiyalar, keramika, boya, HVAC sistemləri və digər əlaqəli sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri BIG 5 Construct Kenya 2026 sərgisində iştirak etmək üçün AFAZ-a müraciət edə bilərlər.
Əlaqə:
Africa–Azerbaijan Cooperation (AFAZ)
+994 55 252 05 50
www.afazchamber.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
6 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
31 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 43 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























