Spotify-ın abunəçi sayı 300 milyonu ötüb
Spotify abunəçi sayının tarixində ilk dəfə 300 milyon həddini keçdiyini açıqlayıb. Striminq xidməti ikinci rübdə aylıq aktiv istifadəçilərinin sayını əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artıraraq 777 milyona çatdırıb. Şirkətin ikinci rüb üzrə gəliri isə 4,8 milyard avro təşkil edib. Platforma fitnes məzmunları və jurnalların audio versiyalarını təqdim etməklə, konsert biletlərinin satışını sisteminə inteqrasiya etməklə və fiziki kitablar satmaqla xidmətlərini şaxələndirməyə çalışır.Rəqəmsal musiqi platforması Spotify abunəçi sayının illik müqayisədə 9% artaraq tarixində ilk dəfə 300 milyon həddini keçdiyini açıqlayıb. Marja xəbər verir ki, Spotify dünyanın ən çox istifadə edilən onlayn musiqi platforması statusunu qoruyur.
Striminq xidməti ikinci rübdə aylıq aktiv istifadəçilərinin sayını əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artıraraq 777 milyona çatdırıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, şirkət bu il müxtəlif regionlarda abunə tariflərini bahalaşdırmasına baxmayaraq, hesabat rübündə abunəçi bazasını 9% genişləndirə bilib. Platforma fitnes məzmunları və jurnalların audio versiyalarını təqdim etməklə, konsert biletlərinin satışını sisteminə inteqrasiya etməklə, hətta fiziki kitablar satmaqla xidmətlərini şaxələndirməyə çalışıb.
Spotify-ın ikinci rüb üzrə gəliri 4,8 milyard avroya çatıb
Şirkət ikinci rüb üzrə gəlirinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 4,8 milyard avroya çatdığını açıqlayıb.
Spotify süni intellekt funksiyalarının hazırlanmasına xüsusi diqqət ayırıb. Şirkət müxtəlif mənbələrdən götürülmüş məzmun əsasında fərdiləşdirilmiş podkastlar yaratmağa imkan verən alətləri istifadəyə verib. Spotify may ayında NotebookLM-ə bənzər funksiyanı eksperimental masaüstü tətbiqi kimi təqdim edib.
Striminq xidməti podkastlara süni intellekt dəstəkli sual-cavab və xülasə yaratma funksiyaları əlavə edib. Şirkət audiokitabların yaradılması üçün nəzərdə tutulan alətlə bağlı ElevenLabs ilə əməkdaşlığa başlayıb, həmçinin istifadəçilərin fan remiksləri hazırlamasına imkan yaratmaq məqsədilə musiqi şirkətləri ilə müqavilələr imzalayıb.
Spotify ötən ay istifadəçilərə mətn əmrləri vasitəsilə tətbiq daxilindəki məzmunu idarə etməyə imkan verən yeni dialoq əsaslı süni intellekt köməkçisini də istifadəyə verib.
Platformada süni intellekt vasitəsilə yaradılmış musiqilərin yerləşdirilməsinə qarşı etirazların artmasına baxmayaraq, Spotify-ın abunəçi sayı yüksəlməkdə davam edir. İstifadəçilərin etimadını qorumaq məqsədilə şirkət ifaçılar üçün təsdiqləmə sistemi tətbiq edib və ötən il süni intellektlə yaradılmış musiqilər üçün könüllü etiketləmə mexanizmini işə salıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
31 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























