P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
ABŞ-ın istehlak məhsulları nəhəngi Procter & Gamble (P&G) qida əlavələri istehsalçısı Thorne şirkətini 3,8 milyard ABŞ dollarına satın almaq barədə razılığa gəlib.
Marja xəbər verir ki, P&G-nin baş icraçı direktoru (CEO) Şaileş Cecurikar (Shailesh Jejurikar) CNBC-yə açıqlamasında bildirib ki, şirkət fərdi qulluq məhsullarına artan tələbdən yararlanmaq məqsədilə sağlamlıq və sağlam həyat tərzi (wellness) sahəsində fəaliyyətini genişləndirir.
O qeyd edib: "Deyə bilərəm ki, şirkətin artım tempini nəzərə aldıqda bu, əlverişli qiymətdir. Həmçinin bu məbləğ bazarda müşahidə etdiyimiz qiymətləndirmə standartlarına da müəyyən dərəcədə uyğundur."
Bu satınalma P&G-nin sağlamlıq və wellness bazarındakı mövqeyini gücləndirmək niyyətini göstərir. Ekspertlərin fikrincə, sövdələşmə profilaktik sağlamlıq tədbirlərinə artan maraq və arıqlama dərmanlarının geniş yayılması fonunda sürətlə böyüyən sağlam həyat tərzi bazarına yönəlmiş strateji addımdır.
Hazırda P&G-nin qida əlavələri portfelinə New Chapter, Metamucil və Align Probiotic brendləri daxildir.
Reuters agentliyinə danışan mənbələrin sözlərinə görə, istehlakçı sağlamlığı məhsulları istehsalçısı Haleon da iyun ayında Thorne şirkətinin alınması üçün təklif təqdim etmişdi.
1984-cü ildə əsası qoyulan Thorne 2021-ci ildə birjaya çıxıb. Şirkət 2023-cü ildə isə L Catterton investisiya fondu tərəfindən 680 milyon ABŞ dolları dəyərində sövdələşmə ilə satın alınaraq yenidən özəl şirkətə çevrilib.
Yeni razılaşmanın L Catterton fonduna 3 milyard ABŞ dollarından çox investisiya gəliri qazandıracağı gözlənilir.
Xəbərin açıqlanmasından sonra P&G-nin səhmləri çərşənbə axşamı günortadan sonrakı ticarət sessiyasında təxminən 1% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
31 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























