Trampdan yeni təhdid: “Hörmüz açılmasa, İranı çox sərt vuracağıq”
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı son açıqlamasında görüşləri müsbət qiymətləndirib. Tramp bildirib: “İranla çox yaxşı danışıqlar aparırıq. Hörmüz boğazı çox yaxın zamanda açılacaq. Əgər açılmasa, İranı çox sərt vuracağıq”.ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İranla “bütün gün davam edən danışıqlar” aparıldığını bildirib və müzakirələri müsbət qiymətləndirib. Bununla yanaşı, o, razılaşma əldə olunmayacağı təqdirdə İranı “çox sərt” vurmaqla hədələyib.
Marja xəbər verir ki, Tramp İranla davam edən danışıqlarla bağlı “Fox News” telekanalına açıqlama verib.
“İranla çox yaxşı danışıqlar aparırıq. Hörmüz boğazı çox yaxın zamanda açılacaq. Əgər açılmasa, İranı çox sərt vuracağıq”, – ABŞ Prezidenti deyib.
ABŞ Dövlət katibi Marko Rubio da ötən gün Hörmüz boğazı ilə bağlı açıqlamasında bildirib: “Deyə bilərəm ki, İranla aparılan bu prosesdə irəliləyiş əldə olunub, lakin danışıqlar hələ yekunlaşmayıb. Ümid edirəm ki, bu, ən yaxın zamanda baş verəcək”.
İran: Danışıqlarda irəliləyiş əldə olunub
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Hörmüz boğazında gəmilər üçün təhlükəsiz keçid marşrutlarının müəyyənləşdirilməsi məqsədilə Omanla aparılan texniki və siyasi danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb.
İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, Bəqayi Omanla Hörmüz boğazı məsələsi üzrə aparılan danışıqlar barədə məlumat verib.
O bildirib ki, danışıqlar boğaza sahili olan iki ölkə arasında gəmilər üçün təhlükəsiz keçid marşrutlarının müəyyənləşdirilməsinə yönəlmiş dialoq formatında aparılır. Sözçünün sözlərinə görə, proses İranın suveren hüquqlarını təmin etməklə yanaşı, İran və Omanın milli təhlükəsizliklə bağlı narahatlıqlarını da nəzərə alır.
Danışıqların indiyədək həm texniki, həm də siyasi səviyyədə müsbət irəlilədiyini qeyd edən Bəqayi deyib:
“İran Omanla əməkdaşlıq çərçivəsində bu strateji su yolunda gəmi hərəkətinin idarə olunması ilə bağlı gələcək tənzimləmələr üçün zəruri mexanizmlər hazırlamağa çalışır. Danışıqların yekun nəticələri daha sonra açıqlanacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 5 d. əvvəl
-
26 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
38 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
48 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























