Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir
Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərdə süni intellekt əsaslı layihələr həyata keçirilir.
Marja.az xəbər verir ki, bunu "Real TV" və "Azərtac"a müsahibəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
Onun sözlərinə görə, DVX hazırda rəqəmsal transformasiya mərhələsindədir və bu proses davamlı xarakter daşıyır.
Orxan Nəzərli qeyd edib ki, ötən il Dövlət Vergi Xidmətinin strukturunda ayrıca Data Analitikası Baş İdarəsi yaradılıb. Yeni qurumun əsas vəzifəsi yeni texnologiyaları araşdırmaq, innovativ həllər hazırlamaq və funksional idarələrlə birlikdə onların tətbiqini təmin etməkdir.
Süni intellekt sənəd dövriyyəsini sürətləndirir
DVX rəhbərinin sözlərinə görə, süni intellekt artıq gündəlik fəaliyyətin bir sıra istiqamətlərində tətbiq edilir.
Belə ki, vergi orqanına daxil olan məktub və müraciətlərin ilkin emalı süni intellekt tərəfindən aparılır. Sistem müraciətlərin məzmununu təhlil edərək onların aid olduğu istiqaməti müəyyənləşdirir və müfəttişlərə emal olunmuş məlumat təqdim edir.
Orxan Nəzərli bildirib ki, bu yanaşma qərarların qəbulunu sürətləndirir, əməkdaşların isə daha mürəkkəb analitik işlərə daha çox vaxt ayırmasına imkan yaradır.
Bundan əlavə, Dövlət Vergi Xidməti sifarişçisi olduğu proqram təminatının test mərhələlərinin də süni intellekt vasitəsilə daha operativ həyata keçirilməsi üzərində işləyir.
ƏDV geri al sistemində yeni mərhələ
Orxan Nəzərli bildirib ki, növbəti mərhələdə süni intellekt ƏDV geri al müraciətlərinin daha sürətli emalında da tətbiq ediləcək. Onun sözlərinə görə, ƏDV geri al layihəsi indiyədək vətəndaşlara təxminən 1 milyard manat vəsaitin geri qaytarılmasını təmin edib.
Yeni nəsil kassa aparatları dövriyyəni artırıb
DVX rəhbəri vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi ən uğurlu rəqəmsal layihələrdən biri yeni nəsil onlayn kassa aparatlarının tətbiqidir. Onun sözlərinə görə, bu islahat kölgədə qalan iri dövriyyələrin üzə çıxmasına və vergi daxilolmalarının artmasına mühüm töhfə verib.
Məhsullar istehsaldan istehlakçıya qədər izlənilir
Orxan Nəzərli bildirib ki, tətbiq olunan rəqəmsal izləmə sistemi aksizli və markalanmalı məhsulların istehsaldan və ya idxaldan son istehlakçıya qədər bütün hərəkət zəncirini izləməyə imkan verir.
Bu sistem vergi intizamının güclənməsinə və vergi daxilolmalarının artmasına xidmət edir.
Xarici elektron ticarət platformalarından 15 milyon manatdan çox vergi daxil olub
Dövlət Vergi Xidmətinin rəisi qeyd edib ki, ötən ildən etibarən Azərbaycanda elektron ticarət həyata keçirən qeyri-rezident şirkətlərin elektron qaydada vergi uçotuna alınması prosesi başlanıb.
Onun sözlərinə görə, hazırda 11 qeyri-rezident vergi ödəyicisi qeydiyyata alınıb və onların fəaliyyəti nəticəsində dövlət büdcəsinə 15 milyon manatdan çox vergi ödənilib.
Orxan Nəzərli əlavə edib ki, cari ildə bu göstəricinin daha da artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
6 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
31 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 43 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır


























