PAŞA Kapital-ın anderrayterliyi ilə Kapital Bank istiqrazlarına 146 milyon manatdan artıq sifariş
(®) 15 ilə yaxındır ki, ölkənin kapital bazarlarının aparıcı investisiya şirkəti kimi fəaliyyət göstərən PAŞA Kapital növbəti anderrayter layihəsi çərçivəsində Kapital Bank-ın 50 milyon AZN həcmində istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirib.
İstiqrazlara olan yüksək investor marağı nəticəsində yerləşdirilən sifarişlərin ümumi məbləğinin 146 161 800 AZN təşkil etməsi təmin olunub. Belə ki, daxil olan sifarişlərin həcmi emissiya məbləğini üç dəfəyə yaxın üstələyib.
İstiqrazların yerləşdirilməsi 05 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında həyata keçirilib. Hərrac zamanı 314 fiziki və 22 hüquqi şəxs olmaqla, ümumilikdə 336 investor tərəfindən sifariş təqdim edilib. Fiziki şəxslər tərəfindən daxil olan sifarişlərin həcmi emissiya məbləğinin 115,4%-ini təşkil edib və təqdim olunan sifarişlər tam həcmdə təmin olunub.
Yerləşdirilən sifarişlərin həcm bölgüsünə əsasən:
· Fiziki şəxslər: Sifarişlərin ümumi həcmi - 57,698,800 AZN;
· Hüquqi şəxslər: Sifarişlərin ümumi həcmi - 88,463,000 AZN.
İstiqrazları abunə yazılışı dövründə əldə edə bilməyən şəxslər təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər. Kapital Bank istiqrazları üzrə faiz (kupon) ödənişləri 05 avqust 2026-cı il tarixindən hesablanmağa başlanılıb və ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 19 d. əvvəl
-
23 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
40 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm



























