“Azərmaş” yeni satış mərkəzini açıb
Azərbaycanda avtomobil istehsalı və yığılması sahəsində fəaliyyət göstərən “Azərmaş Group” MMC Bakıda yeni satış mərkəzini istifadəyə verib. Mərkəzin üzərində Jetour və Soueast brendlərinin loqoları vurulub. Jetour və Soueast Çinin "Chery Holding Group" qrupuna daxil olan "qardaş" avtomobil markalarıdır.
Marja.az xəbər verir ki, yeni satış mərkəzi paytaxtın Babək prospekti 21/99 ünvanında fəaliyyətə başlayıb. Artıq mərkəzdə SOUEAST markalı avtomobillərin satışına start verilib.
“Azərmaş Group” MMC JETOUR və SOUEAST avtomobil markasının Azərbaycandakı rəsmi distribütorudur. Şirkət yeni satış mərkəzində markanın müasir dizayn, innovativ texnologiyalar və yüksək komfortla fərqlənən SOUEAST modellərini müştərilərə təqdim edir.
Hazırda SOUEAST S07 modelinin də Azərbaycan bazarında təqdimatına hazırlıq görülür. Şirkətin məlumatına görə, cəlbedici dizaynı, ağıllı texnologiyaları, geniş salonu və komfort göstəriciləri ilə seçilən SOUEAST S07 yaxın zamanda satış mərkəzində nümayiş etdiriləcək.
Yeni mərkəzdə avtomobillərin satışı ilə yanaşı, servis, zəmanət və ehtiyat hissələri üzrə xidmətlərin də göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Azərmaş Group” MMC Azərbaycanda avtomobillərin sənaye üsulu ilə yığılması və avtomobil sektorunda müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldur. Şirkətin SOUEAST markasının rəsmi distribütoru kimi fəaliyyətə başlaması ölkənin avtomobil bazarında yeni modellərin və brendlərin təklifini genişləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























