"Sentyabrdan neft bazarında yenidən təklif artıqlığı yaranacaq, “Brent” nefti 70 dollara düşəcək"
“Fitch Ratings” 2026-cı ildə neft qiymətləri ilə bağlı risklərin azalma istiqamətində qalmaqda davam etdiyini bildirib. Agentlik 2026-cı ilin dördüncü rübündə bir barel “Brent” neftinin ortaa qiymətinin 70 dollar olacağını proqnozlaşdırır.
Marja.az “Reuters”ə istinadən xəbər verir ki, Agentlik Hörmüz boğazının yenidən açılmasından sonra təklifin artmasının, qlobal neft ehtiyatlarının kifayət qədər yüksək səviyyədə olmasının, Yaxın Şərqdə hasilatın sürətlə bərpa ediləcəyi ilə bağlı gözləntilərin və sentyabrdan etibarən dünya neft bazarında yenidən təklif artıqlığının yaranacağı proqnozunun qiymətlərə təzyiq göstərəcəyini hesab edir.
“Fitch” həmçinin xatırladıb ki, baza ssenarisində “Brent” markalı neftin bir barelinin qiymətinin iyunda 110 dollar, iyulda isə 100 dollar olacağını proqnozlaşdırsa da, faktiki qiymət hər iki ayda təxminən 84 dollar səviyyəsində formalaşıb.
Agentlik 2026-cı ilin dördüncü rübü üçün proqnozlaşdırdığı bir barel “Brent” neftinə görə 70 dollarlıq qiymətin belə əhəmiyyətli həcmdə geosiyasi risk mükafatını ehtiva etdiyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 6 d. əvvəl
-
27 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
39 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
49 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Ən çox oxunanlar
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
































