“Fitch Ratings” Expressbankın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Expressbankın uzunmüddətli emitent defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) "B+", proqnozunu isə "Sabit" (Stable Outlook) səviyyəsində təsdiqləyib. Eyni zamanda, Bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR) "b+" səviyyəsində saxlanılıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, “Fitch Ratings”in qiymətləndirməsinə əsasən, Expressbankın reytinqi Bankın müstəqil maliyyə dayanıqlılığını, sağlam kapital mövqeyini, yüksək aktiv keyfiyyətini və risklərin effektiv idarə olunması sahəsində formalaşdırdığı yanaşmanı əks etdirir. Agentlik, xüsusilə Bankın aktiv keyfiyyəti və kapitallaşma göstəricilərini reytinqin əsas üstünlükləri sırasında qiymətləndirib.
Hesabatda qeyd olunur ki, Fitch Azərbaycan bank sektorunun fəaliyyət mühitinə dair qiymətləndirməsini də "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldib. Agentlik bu dəyişikliyi ölkədə bank nəzarətinin gücləndirilməsi, riskəsaslı nəzarət mexanizmlərinin daha geniş tətbiqi və makroiqtisadi sabitliyin qorunması ilə əlaqələndirir. “Fitch”in gözləntilərinə görə Azərbaycanın bank sektorunda maliyyə göstəriciləri 2026–2027-ci illərdə də ümumilikdə dayanıqlı qalacaq.
“Fitch Ratings” Expressbankın universal biznes modelinə malik olduğunu, əsas fəaliyyət istiqamətinin pərakəndə bankçılıq olduğunu və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin Bankın prioritet istiqamətləri kimi qaldığını vurğulayıb.
Hesabatda Bankın yüksək kapitallaşma səviyyəsi xüsusi qeyd olunub. Belə ki, Fitch Core Capital (FCC) göstəricisi 2025-ci ilin sonunda 20,6% təşkil edib və agentlik baza ssenarisinə əsasən bu göstəricinin yaxın illərdə də 19%-dən yuxarı qalacağını proqnozlaşdırır. Eyni zamanda, Bankın likvidlik mövqeyi adekvat qiymətləndirilib və likvid aktivlərin müştəri depozitlərinin təxminən 29%-ni əhatə etdiyi bildirilib.
Expressbankın beynəlxalq kredit reytinqinin "B+" səviyyəsində, "Sabit" proqnozla təsdiqlənməsi Bankın maliyyə dayanıqlılığının, etibarlı biznes modelinin və davamlı inkişaf strategiyasının beynəlxalq səviyyədə növbəti dəfə təsdiqi hesab olunur.
Expressbank gələcəkdə də korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin effektiv idarə olunması və müştərilərinə innovativ maliyyə həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























