Tramp: İranla danışıqlar sakit şəkildə aparılır
ABŞ Prezidenti Donald Tramp “Axios”a telefonla verdiyi açıqlamada İranla davam edən danışıqlar prosesini şərh edib.
İranla danışıqların gedişi barədə suala Tramp, “Biz bunu sakit şəkildə aparırıq” cavabını verib.
ABŞ Prezidenti İranla indiyədək “yarımçıq danışıqlar” apardıqlarını bildirərək deyib: “Biz sadəcə İranı, ölkədəki yüksək inflyasiyanı və pul çatışmazlığını müşahidə edirik”.
Tramp İranın iqtisadi vəziyyətinin son dərəcə ağır olduğunu, hətta hərbçilərin maaşlarını ödəmək üçün vəsaitinin çatmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası İran hakimiyyətinin üzləşdiyi iqtisadi böhranı daha da dərinləşdirib.
İranla qarşılıqlı sərt bəyanatlar barədə danışan Tramp isə “Hər şey qaydasına düşəcək, həmişə belə olur. Bu, şahmat oyununa bənzəyir” deyib.
ABŞ mediası daha əvvəl Trampın ötən həftəyədək İrana qarşı hücumları davam etdirmək niyyətində olduğunu yazmışdı. Lakin ABŞ ordusunun bəzi mühüm raket ehtiyatlarının ciddi şəkildə azalması barədə məlumat verməsindən sonra Prezidentin bu qərardan imtina etdiyi bildirilmişdi.
Bundan başqa, Trampın son bir həftə ərzində verdiyi açıqlamalarda İrana qarşı ritorikasını nisbətən yumşaltdığı və daha ehtiyatlı ifadələr işlətdiyi müşahidə olunub.
İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ ilə hazırda hər hansı danışıqların aparılmadığını bildirib. Nazir qeyd edib ki, Vaşinqton administrasiyası anlaşma memorandumunda yol verdiyi pozuntuları aradan qaldırmayınca danışıqlar bərpa edilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
25 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
34 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























