Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib ®
Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan Bir, m10 rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən “Ey-ay” çatbotunu istifadəyə verib.
Artıq m10 istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə “Ey-ay” ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər m10 xidmətlərini asanlıqla tapa bilərlər.
Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. Bir ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov “Ey-ay” haqqında danışarkən bildirib: “Bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər. “Ey-ay” sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik”.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























