SOCAR-da faiz yükü böyüyür – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
SOCAR-ın faiz xərcləri 552 milyon manat artaraq 2,45 milyarda çatıbSOCAR-ın 2025-ci ildə maliyyə xərcləri əhəmiyyətli dərəcədə artıb, effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri isə cüzi azalıb. Nəticədə şirkətin maliyyə gəlirləri ilə xərcləri arasındakı fərq daha da genişlənib.
Marja.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 843 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 852 milyon manat idi.
Beləliklə, SOCAR-ın faiz gəlirləri bir ildə 9 milyon manat və ya 1,1% azalıb.
Depozit və bank hesablarından faiz gəlirləri təxminən iki dəfə artıb
Faiz gəlirlərinin strukturunda ən böyük məbləğ müddətli depozitlər və bank hesablarının payına düşüb. SOCAR 2025-ci ildə müddətli depozitlər və bank hesablarından 606 milyon manat faiz gəliri əldə edib.2024-cü ildə bu göstərici 318 milyon manat olmuşdu. Beləliklə, bu istiqamətdən faiz gəlirləri 288 milyon manat və ya 90,6% artıb.
Başqa sözlə, SOCAR-ın depozit və bank hesablarından əldə etdiyi faiz gəlirləri bir il ərzində təxminən iki dəfə yüksəlib.
Bu mənbənin SOCAR-ın ümumi faiz gəlirlərində payı 2025-ci ildə təxminən 71,9%-ə çatıb.
İnvestisiya qiymətli kağızlarından faiz gəlirləri 2,4 dəfə artıb
SOCAR-ın investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri də kəskin yüksəlib. 2024-cü ildə bu istiqamətdən 70 milyon manat gəlir əldə edən şirkət 2025-ci ildə 171 milyon manat faiz gəliri qazanıb. Artım 101 milyon manat və ya 144,3% təşkil edib. Beləliklə, investisiya qiymətli kağızlarından faiz gəlirləri 2,4 dəfədən çox artıb.
Əlaqəli tərəflərə verilmiş kreditlərdən gəlir 97,6% azalıb
Faiz gəlirlərində ən böyük azalma əlaqəli tərəflərlə bağlı kreditlərdə qeydə alınıb. SOCAR-ın əlaqəli tərəflərdən kredit borcları üzrə faiz gəlirləri 2024-cü ildə 372 milyon manat olduğu halda, 2025-ci ildə cəmi 9 milyon manat təşkil edib. Azalma 363 milyon manat və ya 97,6% olub.
Məhz bu kəskin azalma depozitlərdən və qiymətli kağızlardan faiz gəlirlərinin güclü artmasına baxmayaraq, ümumi faiz gəlirlərinin yüksəlməsinə imkan verməyib. Sair faiz gəlirləri də 92 milyon manatdan 57 milyon manata düşüb. Azalma 35 milyon manat və ya 38% təşkil edib.
Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
Faiz gəlirləri 1,1% azalarkən SOCAR-ın maliyyə xərclərində ciddi artım qeydə alınıb. Şirkətin cəmi maliyyə xərcləri 2025-ci ildə 2 milyard 682 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 2 milyard 74 milyon manat idi. Beləliklə, SOCAR-ın maliyyə xərcləri bir ildə 608 milyon manat və ya 29,3% artıb.
Təkcə faiz xərcləri 552 milyon manat artıb
Maliyyə xərclərinin əsas hissəsini birbaşa faiz xərcləri təşkil edib. SOCAR-ın faiz xərcləri 2024-cü ildə 1 milyard 894 milyon manat olduğu halda, 2025-ci ildə 2 milyard 446 milyon manata çatıb. Artım 552 milyon manat və ya 29,1% təşkil edib.
Beləliklə, maliyyə xərclərində qeydə alınan 608 milyon manatlıq ümumi artımın təxminən 91%-i məhz faiz xərclərinin yüksəlməsi hesabına baş verib. Faiz xərcləri SOCAR-ın bütün maliyyə xərclərinin təxminən 91,2%-ni təşkil edib.
Aktivlərin ləğvi ilə bağlı öhdəliklərin xərci 77% artıb
Aktivlərin ləğv olunması üzrə öhdəliklərin diskontlaşdırılmış dəyərinə düzəlişlə bağlı maliyyə xərci 2024-cü ildə 91 milyon manat olduğu halda, 2025-ci ildə 161 milyon manata yüksəlib. Artım 70 milyon manat və ya 76,9% təşkil edib.
İcarə öhdəliklərinin diskontlaşdırılmış dəyərinə düzəliş üzrə xərc isə dəyişməyərək 67 milyon manat səviyyəsində qalıb.
Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə öhdəliklərin diskontlaşdırılmış dəyərinə düzəliş xərci 12 milyon manatdan 8 milyon manata düşüb.
Azalma 4 milyon manat və ya 33,3% təşkil edib.
Digər müvafiq faiz xərcləri isə 2024-cü ildəki 10 milyon manatdan 2025-ci ildə sıfıra enib.
SOCAR-ın maliyyə gəlirləri xərcləri qarşılamaqdan uzaqlaşıb
Rəqəmlərin müqayisəsi SOCAR-ın maliyyələşmə xərclərinin faiz gəlirlərindən xeyli sürətlə artdığını göstərir. 2025-ci ildə 843 milyon manat faiz gəlirinə qarşı 2 milyard 682 milyon manat maliyyə xərci qeydə alınıb. Sadə hesablamaya əsasən, maliyyə xərcləri ilə effektiv faiz gəlirləri arasındakı fərq 1 milyard 839 milyon manat təşkil edib. 2024-cü ildə isə bu fərq 1 milyard 222 milyon manat idi. Beləliklə, iki göstərici arasındakı mənfi fərq bir ildə 617 milyon manat və ya 50,5% böyüyüb.
2024-cü ildə SOCAR-ın maliyyə xərcləri faiz gəlirlərindən təxminən 2,43 dəfə çox olduğu halda, 2025-ci ildə bu nisbət 3,18 dəfəyə yüksəlib.
Depozit gəlirlərində sıçrayış maliyyə xərclərinin artımını kompensasiya etməyib
SOCAR-ın 2025-ci il maliyyə nəticələrində diqqətçəkən məqamlardan biri faiz gəlirlərinin daxilində ciddi struktur dəyişikliyinin baş verməsidir. Şirkətin müddətli depozitlərdən və bank hesablarından faiz gəlirləri 288 milyon manat, investisiya qiymətli kağızlarından gəlirləri isə 101 milyon manat artıb. Bu iki mənbə üzrə ümumi artım 389 milyon manat təşkil edib. Lakin əlaqəli tərəflərə verilən kreditlər üzrə faiz gəlirlərinin 363 milyon manat, digər faiz gəlirlərinin isə 35 milyon manat azalması bu artımı tamamilə neytrallaşdırıb.
Nəticədə faiz gəlirləri ümumilikdə 9 milyon manat azalıb.
Digər tərəfdən, maliyyə xərclərinin 29,3% artması şirkətin maliyyə nəticələrinə daha ciddi təzyiq yaradıb. Burada əsas faktor 552 milyon manat artaraq 2 milyard 446 milyon manata çatmış faiz xərcləridir.
Əvvəlki maliyyə nəticələri ilə birlikdə qiymətləndirildikdə bu artım xüsusilə diqqət çəkir. SOCAR-ın 2025-ci ildə əməliyyat mənfəəti güclü artım nümayiş etdirsə də, maliyyə xərclərinin yüksəlməsi həmin yaxşılaşmanın vergidən əvvəlki və xalis mənfəətə tam ötürülməsini məhdudlaşdıran əsas amillərdən biri olub.
Rəqəmlər həmçinin SOCAR-ın likvid və maliyyə aktivlərindən daha çox faiz gəliri əldə etməyə başladığını göstərir. Depozitlər və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərinin birlikdə 489 milyon manat artması buna işarə edir.
Bununla belə, borclanma və digər maliyyə öhdəliklərinin dəyərinin yüksəlməsi daha böyük miqyasda olub. Nəticədə SOCAR üçün maliyyə fəaliyyətinin xalis yükü əhəmiyyətli dərəcədə artıb.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
11 d. əvvəl
SOCAR-da faiz yükü böyüyür – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
-
29 d. əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt-a olacaq
- 40 d. əvvəl
- 45 d. əvvəl
-
2 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
-
2 saat əvvəl
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb ®
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Xam neft satışından gəlirlər 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
Ən çox oxunanlar
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
“28 May”–“Nizami” bağlanır - 6 yeni ekspres marşrut işə salındı
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Sənaye parkında yeni şirkət - 27,5 milyon manat yatıracaq, burger və hot-doq üçün bulka istehsal edəcək
Azərbaycan neftinin son qiyməti

























