İri bank qızılın qiymətinin 2026-cı ilin sonunadək 5200 dollara yüksələ biləcəyini proqnozlaşdırır
"Avstraliya və Yeni Zelandiya Bank Qrupu” (Australia and New Zealand Banking Group və ya ANZ)qızılın qiymətinin qarşıdakı bir il ərzində üç mərhələdən keçəcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, banka görə, birinci mərhələdə davamlı inflyasiya və FED-in faizləri sabit (dəyişməz) saxlaması qızıl üzərində təzyiq yarada bilər. İkinci mərhələdə enerji şokunun iqtisadi artımı zəiflətməsi gözlənilir. Son mərhələdə isə pul siyasətinin yumşaldılması qızılın qiymətinə daha güclü dəstək verə bilər.
Bank beynəlxalq münasibətlərin pisləşməsinin mərkəzi bankların valyuta ehtiyatlarını şaxələndirmək məqsədilə qızıla tələbatını yüksək saxlayacağını bildirir. ANZ qızılın qiymətinin ilin sonunadək 5 200 dollara yüksələ biləcəyini proqnozlaşdırır.
Mərkəzi bankların qızıl alışı güclənib
Qızılın yenidən 000 dollardan yuxarı qalxmasına investor tələbinin və mərkəzi bankların, xüsusilə Çinin alışlarının artması dəstək göstərib.
Qiymətli metal ötən həftə aprel ayından bəri ilk dəfə 100 günlük hərəkətli orta göstəricinin üzərinə qalxıb və hazırda bu texniki səviyyəyə yaxın ticarət olunur.
ANZ-nin məlumatına görə, dünya mərkəzi bankları 2026-cı ilin birinci rübündə 244 ton qızıl alıblar. Bu, 2024-cü ilin dördüncü rübündən bəri qeydə alınmış ən yüksək rüblük göstəricidir.
Çin isə aprel ayında qızıl ehtiyatlarını 8 ton artırıb. Bu, ölkənin 2024-cü ilin dekabrından bəri həyata keçirdiyi ən böyük aylıq qızıl alışı olub.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 05:12-də qızılın spot (cari) qiyməti 0,7% bahalaşaraq bir unsiya üçün 4408,12 dolları görüb. Qızıl fyuçersləri isə 0,6% artımla 4464,30 dollara çatıb. Bakı vaxtı ilə saat 08:30-da qızılın uniyası 0,4% bahalaşma ilə 4393 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 14 d. əvvəl
-
18 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
35 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
59 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























