25 min manatlıq avtomobil qəza keçirərsə, 5 min manatdan çox dəyər itirə bilər
25 min manatlıq avtomobil qəza keçirərsə, 5 min manatdan çox dəyər itirə bilər. Başqa sözlə, qəza avtomobilin qiymətindən 21%-ə qədər apara bilər. Hər ötən il avtomobilin qiymətindən 6,1% aparır. Mexaniki sürətlər qutusu avtomobili 6,3% ucuzlaşdırır.Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir.
Azərbaycan Qiymətləndiricilər Palatasından Marja.az-a daxil olan məlumata görə, əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 faiz azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 faiz aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 faiz təşkil edir.
Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 faiz aşağı qiymətləndirilir.
Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 faizdir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 faiz qiymətləndirilir. Bunun 15,8 faizinin təmir xərci ekvivalenti, 5,2 faizinin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.
Məsələn, qəzasız bazar dəyəri 25 min AZN olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min AZN ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























