Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub ®
Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan “Ai4 2026” konfransında beynəlxalq auditoriyaya təqdim edib.
ABŞ-nin Las-Veqas şəhərində baş tutan “Ai4 2026” konfransı 90-dan çox ölkədən 12 mindən çox iştirakçını, 1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib.
2018-ci ildən etibarən keçirilən tədbir biznes və texnologiya liderlərini süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ, Sİ agentləri və digər qabaqcıl texnologiyaların inkişafı ətrafında birləşdirən qlobal platformadır. Tədbir təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ sənaye tədbiri kimi dəyərləndirilir.
Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər. Valeh Nəbiyev “Ai4 2026”da spiker qismində çıxış edərək Bir-in korporativ Sİ yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib. O, “Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi” (Building the Enterprise AI Operating System: Turning AI into an Organizational Capability) mövzusunda çıxışı zamanı vurğulayıb ki, təşkilatlar üçün əsas çağırış artıq yalnız ayrı-ayrı Sİ həllərinin yaradılması deyil, süni intellekti sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq etməyə imkan verən təşkilati imkanların formalaşdırılmasıdır. Valeh Nəbiyev təqdimatında qeyd edib ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün ayrı-ayrı həllərin yaradılması kifayət deyil. Bunun üçün data, texnologiya, insanlar və biznes proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, Sİ həllərinin isə təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən vahid sistemin formalaşdırılması vacibdir.
Bir ekosisteminin nümayəndələri konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi də aparıblar. “Ai4 2026”nın proqramı biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, “Sİ agentləri”, “Generativ Sİ”, “İdarəetmə və məsuliyyətli Sİ” kimi mövzuları da əhatə edib.
Bir ekosisteminin “Ai4 2026”da iştirakı həm qlobal Sİ trendlərini və real tətbiq nümunələrini yaxından izləmək, həm də Bir-in korporativ Sİ transformasiyasına dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından əhəmiyyətlidir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
41 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























