ABB növbədənkənar ümumi yığıncaq keçirəcək
Maliyyə Nazirliyinin nümayəndəsi Müşahidə Şurasına daxil edilə bilər“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı 30 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Marja.az Bankın səhmdarlara ünvanladığı bildirişə istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə üç məsələ daxil edilib.
Bunlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin ABB-nin Müşahidə Şurasında təmsil olunması, Bankın Nizamnaməsinə, eləcə də “ABB ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsidir.
Səhmdarlar qiyabi səs verəcəklər
ABB-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, gündəlikdəki məsələlər üzrə səsvermənin qiyabi formada keçirilməsi nəzərdə tutulub.
Səhmdarlar Milli Depozit Mərkəzinin İnvestor Portalında yaratdığı şəxsi kabinet vasitəsilə elektron qaydada səs verə biləcəklər.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlərə dair materiallar və səsvermə bülleteni 24 avqust 2026-cı il tarixindən etibarən hər bir səhmdarın İnvestor Portalındakı şəxsi kabinetində yerləşdiriləcək.
Səsvermə 29 sentyabrda başa çatacaq
Səhmdarlar gündəlikdəki məsələlərə münasibətlərini 24 avqust 2026-cı il tarixindən 29 sentyabr 2026-cı il saat 23:59-dək elektron qaydada bildirə biləcəklər.
Elektron formada verilmiş səslərin hesablanması növbədənkənar ümumi yığıncağın keçiriləcəyi 30 sentyabr 2026-cı il tarixində aparılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
40 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























