Azərbaycan dövləti 2-ci yarımildə borcunu 3,8 milyard manat artırmağı planlaşdırır
2027-cı ilin 01 yanvar tarixinə dövlət borcunun 27,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır2027-cı ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4 milyard 833 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində (Mid-Year Review) əksini tapıb
2027-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2027-ci ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51,0 faizi 5 ilədək, 49,0 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir.
Xatırladaq ki, 2026-cı il 01 iyul tarixi vəziyyətinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 23 milyard 830,6 milyon manat ekvivalentində və ya proqnozlaşdırılan ÜDM-in 18,7 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı (4 milyard 616,8 milyon ABŞ dolları) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşüb.
Beləliklə, 2026-cı ilin ikinci yarısında Azərbaycanın dövlət borcunun 3 milyard 773,5 milyon manat və ya 15,8% artacağı gözlənilir. Xarici dövlət borcunun 216,2 milyon dollar, daxili dövlət borcunun isə 3 milyard 405,1 milyon manat artırılması planlaşdırılır.
Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarımili ərzində gözlənilmişdir. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























