“ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 104 dəfə artıb
“ALFA KAPİTAL BOKT” kredit portfelini 3,9 milyon manata çatdırıb“ALFA KAPİTAL” Bank Olmayan Kredit Təşkilatı MMC 2026-cı ilin ilk yarısını 330 min 730 manat xalis mənfəətlə başa vurub. Marja.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, təşkilat 2025-ci ilin eyni dövründə cəmi 3 min 170 manat xalis mənfəət əldə etmişdi. Beləliklə, “ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 327 min 560 manat və ya təxminən 104 dəfə artıb. BOKT 2024-cü ili 202 min 390 manat, 2025-ci il 382 min 799 manat xalis mənfəətlə bağlamışdı
Faiz gəlirləri 75% artıb
2026-cı ilin yanvar–iyun aylarında “ALFA KAPİTAL BOKT”un faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 273 min 630 manat və ya 75,4% artaraq 636 min 390 manata çatıb. Ötən ilin ilk yarısında bu göstərici 362 min 760 manat təşkil etmişdi.
Faiz xərcləri isə 58 min 130 manatdan 126 min 770 manata yüksəlib. Artım 68 min 640 manat və ya 118,1% olub. Faiz xərclərinin faiz gəlirlərindən daha sürətlə artmasına baxmayaraq, xalis faiz gəliri 205 min manat və ya 67,3% artaraq 509 min 620 manata çatıb.
Haqq və komissiya gəlirləri geriləyib
BOKT-un haqq və komissiya gəlirləri 7,5% azalaraq 210 min 590 manatdan 194 min 820 manata düşüb. Haqq və komissiya xərcləri isə 21,8% artaraq 18 min 660 manat təşkil edib.
Nəticədə xalis haqq və komissiya gəlirləri 19 min 110 manat və ya 9,8% azalaraq 176 min 160 manata enib.
Əməliyyat gəlirləri 37% yüksəlib
“ALFA KAPİTAL BOKT”un əməliyyat gəlirləri 2026-cı ilin ilk yarısında 685 min 790 manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 185 min 900 manat və ya 37,2% çoxdur.
Ümumi inzibati xərclər isə 125 min 60 manatdan 260 min 260 manata yüksəlib. Beləliklə, təşkilatın inzibati xərcləri 135 min 200 manat və ya 108,1% artaraq iki dəfədən çox böyüyüb.
Mənfəətdəki sıçrayışın əsas səbəblərindən biri kreditlər üzrə ehtiyat xərclərinin kəskin azalması olub. Bu xərc 368 min 420 manatdan 94 min 790 manata düşüb. Azalma 273 min 630 manat və ya 74,3% təşkil edib.
Vergidən əvvəlki mənfəət 6 min 410 manatdan 330 min 730 manata yüksəlib. Hesabat dövründə mənfəət vergisi xərci göstərilməyib.
Kredit portfeli 32% böyüyüb
30 iyun 2026-cı il tarixinə BOKT-un uzunmüddətli verilmiş kreditləri 3 milyon 381 min 250 manat, qısamüddətli verilmiş kreditləri isə 498 min 160 manat təşkil edib.
Beləliklə, ümumi kredit portfeli 2025-ci ilin iyun ayının sonundakı 2 milyon 935 min 930 manatdan 3 milyon 879 min 410 manata yüksəlib. Kredit portfeli bir il ərzində 943 min 480 manat və ya 32,1% böyüyüb.
Kreditlər üzrə yaradılmış ehtiyatlar 368 min 420 manatdan 338 min 930 manata düşüb. Ehtiyatların ümumi kredit portfelinə nisbəti təxminən 12,5%-dən 8,7%-ə enib.
Aktivlər 1,2 milyon manat artıb
“ALFA KAPİTAL BOKT”un cəmi aktivləri son bir ildə 1 milyon 210 min 860 manat və ya 35,9% artaraq 4 milyon 582 min 480 manata çatıb. 30 iyun 2025-ci il tarixində təşkilatın aktivləri 3 milyon 371 min 620 manat idi.
Pul vəsaitləri və onların ekvivalentləri 6 min 410 manatdan 49 min 880 manata yüksələrək təxminən 7,8 dəfə artıb.
Digər uzunmüddətli aktivlər 119 min 460 manatdan 529 min 560 manata çatıb. Torpaq, tikili və avadanlıqların dəyəri isə 44 min 920 manat və ya 10,4% azalaraq 385 min 310 manata düşüb.
Borc öhdəlikləri sürətlə artır
“ALFA KAPİTAL BOKT”un cəmi öhdəlikləri 500 min 500 manat və ya 25% artaraq 2 milyon 504 min 360 manata çatıb.
Banklar və maliyyə institutları qarşısında uzunmüddətli borclar 714 min 60 manatdan 1 milyon 247 min 940 manata yüksəlib. Bu borclar 533 min 880 manat və ya 74,8% artıb.
Digər uzunmüddətli öhdəliklər 5,5% azalaraq 905 min 260 manat, qısamüddətli öhdəliklər isə 5,7% artaraq 351 min 170 manat təşkil edib.
Kapital 52% artıb
BOKT-un cəmi kapitalı bir il ərzində 710 min 360 manat və ya 51,9% artaraq 2 milyon 78 min 110 manata çatıb. 2025-ci ilin iyun ayının sonunda təşkilatın kapitalı 1 milyon 367 min 750 manat idi.
Nizamnamə kapitalı dəyişməyərək 1 milyon 20 min manat qalıb. Hesabatda 727 min 380 manat məbləğində kapital ehtiyatı göstərilib.
Hesabat göstərir ki, “ALFA KAPİTAL BOKT”un mənfəətindəki kəskin artım həm kredit portfelinin və xalis faiz gəlirlərinin böyüməsi, həm də kreditlər üzrə ehtiyat xərclərinin əhəmiyyətli dərəcədə azalması hesabına formalaşıb.
Bununla yanaşı, inzibati xərclərin iki dəfədən çox, bank və maliyyə institutlarına uzunmüddətli borcların isə 74,8% artması xərc və maliyyələşmə strukturunun növbəti dövrlərdə diqqətlə izlənilməsini zəruri edir.
“ALFA KAPİTAL” Bank Olmayan Kredit Təşkilatı MMC 16 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət ВОКТ "Effektinvest" MMC-nin hiiquqi varisidir.
BOKT qanunvericiliyə uyğun olaraq təminatlı və təminatsız, qısa və uzunmüddətli kreditlərin verilməsi ilə məşğuldur. Şirkətin lisenziyası borc öhdəliklərinin alqı-satqısı, faktorinq və forfeytinq, lizinq, veksellərin uçotu, qarantiya verilməsi, eləcə də borcalanlara maliyyə, hüquqi və təşkilati məsləhət xidmətlərinin göstərilməsini də əhatə edir.
“ALFA KAPİTAL BOKT”un faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 589-cu məhəllə, ev 74-dür. Hesabat dövründə şirkətin Salyan şəhərində, Heydər Əliyev küçəsi, ev 115 ünvanında yeni filialı fəaliyyətə başlayıb.
İşçilərin sayı artıb
2026-cı ilin birinci rübündə “ALFA KAPİTAL BOKT”da 22 nəfər çalışıb. İkinci rübdə işçilərin sayı 25 nəfərə yüksəlib. Beləliklə, bir rüb ərzində əməkdaşların sayı 3 nəfər və ya 13,6% artıb.
BOKT-un səhmdarları kimlərdir?
Hesabata əsasən, “ALFA KAPİTAL BOKT”un payçıları üç fiziki şəxsdir:
Cavadov Şirin İlahəddin oğlu;
Köçərli Fərid Fəxrəddin oğlu;
Niftəliyev Elçin Zülfüqar oğlu.
Nizamnamə kapitalında 5%-dən çox paya sahib olan şəxslər Köçərli Fərid Fəxrəddin oğlu və Cavadov Şirin İlahəddin oğludur.
Köçərli Fərid Fəxrəddin oğlu BOKT-un nizamnamə kapitalının 51,96%-nə, Cavadov Şirin İlahəddin oğlu isə 46,57%-nə nəzarət edir. Bu iki iştirakçının şirkətdəki ümumi payı 98,53% təşkil edir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"Alfa Kapital" BOKT MMC-nin yarımillik hesabatları, min Azərbaycan manatı ilə
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
- 9 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
-
47 d. əvvəl
BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
-
2 saat əvvəl
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
-
2 saat əvvəl
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
-
4 saat əvvəl
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT yüksək faizlə borclandı – Hərracın nəticələri
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Ən çox oxunanlar
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Avqustun 20-də gözlənilən hava şəraiti
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
“Mərkəzi Azəri”də hasilat 11 gün müddətinə azaldılacaq
Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir
Marketlər şəbəkəsi 100-cü mağazasını açmağa hazırlaşır















