İnvestorlar üçün 13%-lik yeni imkan - Yeni istiqrazlar satışa çıxır
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi BOKT “Embafinans” QSC-nin 3 milyon manat həcmində istiqrazlarının ticarətə buraxılmasına razılıq verib.
Marja.az BFB-nin məlumatına istinadən xəbər verir ki, “Ticarətə İcazə” qərarı 20 avqust 2026-cı il tarixində qəbul edilib. Qiymətli kağızların yerləşdirilməsi 1 sentyabr 2026-cı ildə həyata keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 30 min ədəd istiqraz satışa çıxarılacaq. Beləliklə, buraxılışın ümumi həcmi 3 milyon manat təşkil edəcək.
“Embafinans”ın istiqrazları üzrə illik gəlirlilik faizi 13% müəyyən edilib.
Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək. Şərtlərə əsasən, bir ay 30 gün qəbul edilir.
İstiqrazların tədavül müddəti 12 aydır.
Qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz formasında buraxılır. İstiqrazların dövlət qeydiyyat nömrəsi – ISIN AZ2017020606-dır.
Yerləşdirmə Bakı Fond Birjasında kütləvi təklif yolu ilə birqiymətli hərrac üsulu ilə keçiriləcək.
Emissiyanın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Buraxılışın tam həcmdə yerləşdirilməsi halında emitent istiqraz sahiblərinə 12 ay ərzində nominal məbləğ üzrə ümumilikdə təxminən 390 min manat faiz ödəyəcək. 3 aylıq faiz ödənişinin isə bütün buraxılış üzrə təxminən 97,5 min manat təşkil etməsi gözlənilir.
Bir istiqrazı 100 manata alan investor üçün 13%-lik illik faiz dərəcəsi nominal üzrə 12 ay ərzində 13 manat faiz gəliri deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























