Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan rəqəmsal nəhəngləri vergi uçotuna aldı - Netflix, eBay və Anthropic də siyahıdadır

Azərbaycan daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısını vergi uçotuna alıb. Netflix, eBay, Aghanim və Anthropic Azərbaycanda vergi ödəyicisi oldu. ƏDV banklar tərəfindən tutulmayacaq, şirkətlər ƏDV-ni özləri ödəyəcəklər.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan rəqəmsal nəhəngləri vergi uçotuna aldı - Netflix, eBay  və Anthropic də siyahıdadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

Marja xəbər verir ki. qeydiyyata alınmış şirkətlər ABŞ-nin “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, eləcə də Niderlandın “Netflix International B.V.” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

Bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Həmin şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

İş elanları AzVak.az-da

Netflix Azərbaycan Anthropic Azərbaycan eBay Azərbaycan Aghanim Inc Netflix International B.V. Anthropic PBC eBay Marketplaces GmbH Dövlət Vergi Xidməti DVX rəqəmsal xidmətlər rəqəmsal iqtisadiyyat elektron ticarət ƏDV ƏDV qeydiyyatı xarici şirkətlər qeyri-rezident şirkətlər rəqəmsal xidmət təchizatçıları vergi qeydiyyatı elektron qeydiyyat portalı Azərbaycanda vergi yeni vergi qaydaları Vergi Məcəlləsi 10 min dollar dövriyyə 1 sentyabr 2026 rəqəmsal vergi onlayn xidmətlər beynəlxalq rəqəmsal şirkətlər elektron xidmətlər vergi inzibatçılığı rəqəmsal platformalar Netflix ƏDV Anthropic vergi eBay vergi
24.08.2026 12:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19