970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub. Layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.

 Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur.

Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.

Beləliklə, layihəyə start verildi və ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarına daxil oldu.

Bank “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellekt əsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.

Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka  yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib: “Bizim üçün böyük şərəfdir ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz qardaş Özbəkistandan başlandı.

Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmaq istəyirik. Niyyətimiz yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir”.

Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev bildirib: “Bu əqdlə biz bank xidmətlərini keyfiyyətcə yeni mərhələyə daşıyırıq. Yeni tərəfdaşımızın təcrübəsi, innovativ texnologiyaları və dayanıqlı kapitalı Davr Bank-a ən qısa zamanda müştərilərinə qabaqcıl maliyyə məhsulları təqdim etməyə imkan verəcək. Bu tərəfdaşlıq bankımız üçün daha yüksək sabitliyin və güclü texnoloji sıçrayışın təminatıdır”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ABB ABB Bank ABB Davr ABB Davr Bank Davr Bank Abbas İbrahimov Lütfulla Ubayev ABB Özbəkistan ABB Özbəkistan bazarı ABB xarici bazar ABB coğrafi genişlənmə ABB Maliyyə Qrupu Azərbaycan bankı Özbəkistanda Azərbaycan bank sektoru Özbəkistan bank sektoru Özbəkistan bankları Davr Bank səhmləri Davr Bank nəzarət paketi bankın nəzarət səhm paketi ABB Davr Bank açılışı ABB Davr Bank xidmətləri ABB 2026-2028 strategiyası ABB strateji inkişaf planı
24.08.2026 13:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19