Porsche məsləhət xidmətləri göstərən şirkətini satır
Almaniyanın lüks avtomobil istehsalçısı Porsche idarəetmə və informasiya texnologiyaları üzrə konsaltinq şirkəti MHP-dəki paylarının hamısını Hindistanın texnologiya xidmətləri nəhəngi Tata Consultancy Services-ə (TCS) satmaq barədə razılığa gəlib.
Marja xəbər verir ki, Ştutqartda yerləşən Porsche bildirib ki, tərəflər satış müqaviləsini artıq imzalayıblar və əməliyyatın qarşıdakı aylarda tamamlanması gözlənilir. Sövdələşmənin maliyyə dəyəri açıqlanmayıb.
Satış Porsche-nin “Sportwagenschmiede35” adlandırdığı gələcək strategiyasının bir hissəsidir. Şirkət bu strategiya çərçivəsində resurslarını əsas avtomobil biznesinə yönəltmək istəyir. Porsche bundan əvvəl batareya istehsalını, başqa bir proqram təminatı şirkətinin fəaliyyətini və elektrik velosiped biznesini dayandırmaq istiqamətində addımlar atmışdı.
MHP-nin satılması Porsche ilə TCS arasında əməkdaşlığın başa çatması demək deyil. Əksinə, tərəflər rəqəmsal həllər və süni intellekt sahəsində uzunmüddətli strateji əməkdaşlıq qurmağı planlaşdırırlar.
Razılaşmaya əsasən, MHP Tata Qrupunun tərkibində müstəqil brend və konsaltinq şirkəti kimi fəaliyyətini davam etdirəcək və korporativ kimliyini qoruyacaq.
Lüdviqsburqda yerləşən MHP-də dünya üzrə 4 500-dən çox əməkdaş çalışır. Şirkət 30 ildən artıqdır, xüsusilə avtomobil və istehsal sənayesində fəaliyyət göstərən müəssisələrə İT transformasiyası üzrə məsləhət xidmətləri göstərir. Satışdan sonra da MHP-nin Porsche-nin rəqəmsallaşma proseslərində mühüm tərəfdaş olaraq qalacağı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















