Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatlar açıqlanıb: 6 nəfər həbs edilib
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.
"Armenpress"in məlumatına görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bununla bağlı açıqlama yayıb.
"Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işlərində faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib".
6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb.
XXX
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan tutulub.
Ermənistan mediasının xəbərinə görə, onlar Antikorrupsiya Komitəsinə aparılıb.
XXX
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.
Məlumata görə, Köçəryan ailəsinin üzvləri də hazırda evdədirlər.
Qeyd edək ki, bundan əvvəl Robert Köçəryanın Antikorrupsiya Komitəsinə aparıldığı, oğlu Levon Köçəryanın evində isə axtarış keçirildiyi bildirilmişdi.
XXX
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Bu barədə Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında istintaq orqanlarının əməkdaşları Robert Köçəryanı Antikorrupsiya Komitəsinə aparıblar.
Eyni zamanda, Robert Köçəryanın oğlu Levon Köçəryanın evində axtarış aparıldığı rəsmən təsdiqlənib.
Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.
Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.
Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.
XXX
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə gəlib.
Bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkələrdə məlumat yayıb.
Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 2 d. əvvəl
-
23 d. əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
35 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
45 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
2 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
2 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib



























