Tramp Kanada ilə gərginlik fonunda Ontario gölünün adını dəyişməklə hədələdi
ABŞ Prezidenti Donald Trump Kanada ilə ticarət qarşıdurmasının kəskinləşdiyi bir vaxtda Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini “ciddi şəkildə” nəzərdən keçirdiklərini bildirib.
Marja xəbər verir ki, Tramp sosial şəbəkədə ABŞ-nin Ontario əyaləti ilə gələcəkdə ciddi iqtisadi münasibətlərinin qala bilməyəcəyini əsas gətirib.
O, Kanada Baş naziri Mark Carneynin ABŞ ilə ticarət razılaşması layihəsinin Kanadada fransız dilinə təhlükə yaratdığı barədə mövqeyinə də cavab verib və Vaşinqtonun kanadalıların fransızca danışmasına müdaxilə etmək niyyətində olmadığını deyib.
Açıqlamalar ABŞ–Kanada ticarət danışıqlarının ötən həftə nəticəsiz qalmasından sonra səsləndirilib.
Tramp 2027-ci ildən Kanada istehsalı avtomobillərə, yük maşınlarına, avtomobil hissələrinə və polada tətbiq edilən tarifləri 50%-ə yüksəldəcəyini açıqlamışdı. Kanada isə ABŞ-nin yeni tariflərinə eyni səviyyədə cavab verəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
20 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























