Tramp: Hörmüz boğazındakı bütün minalar təmizlənib və ya məhv edilib
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı bütün minaların təmizləndiyini və ya məhv edildiyini açıqlayıb.
Marja xəbər verir ki, açıqlama qlobal enerji bazarları üçün xüsusi əhəmiyyət daşıyır. Hörmüz boğazı dünyanın ən strateji enerji nəqli marşrutlarından biridir və son dövrdə İran ətrafında hərbi-siyasi gərginliyin artması tanker hərəkətinin kəskin azalmasına səbəb olmuşdu.
Trampın bəyanatı boğazda dəniz nəqliyyatının təhlükəsizliyinin bərpası baxımından mühüm siqnal sayıla bilər. Bununla belə, regiondakı siyasi və hərbi risklər, eləcə də İranın boğazın idarə olunması ilə bağlı mövqeyi enerji bazarları üçün əsas qeyri-müəyyənlik mənbələrindən biri olaraq qalır.
"ABŞ Hərbi Dəniz Qüvvələri mənə indicə məlumat verdi ki, Hörmüz boğazının beynəlxalq sularında olan bütün minalar təmizlənib və/və ya zərərsizləşdirilərək partladılıb. İrana bildirilib ki, yeni mina yerləşdirən istənilən gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək. Kosmik Qüvvələr vasitəsilə Hörmüz boğazının hər qarışını izləyirik. Eyni şəkildə "Pickaxe Mountain" və artıq məhv edilmiş digər üç nüvə obyektini də nəzarətdə saxlayırıq. Mina yerləşdirilməsinə qarşı sıfır tolerantlıq siyasəti tam qüvvədədir və tətbiq olunur",- Tramp bildirib.
Qeyd edək ki, "Pickaxe Mountain" (Qazma dağı və ya farsca Kuh-e Kolang Gaz La) İranın Natanz nüvə kompleksinin yaxınlığında, dağın dərinliklərində inşa edilmiş möhkəmləndirilmiş yeraltı nüvə obyektidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
20 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























