Nvidia yenə bazarı təəccübləndirdi – 2028-ci ildə gəlirlərin 70% artacağını gözləyir
Nvidia 2028-ci maliyyə ili üçün 70%-lik gəlir artımı proqnozlaşdırırNvidia 2027-ci maliyyə ilinin ikinci rübü üzrə analitiklərin gözləntilərini üstələyən nəticələr açıqlayıb və gəlir proqnozunu bazar təxminlərindən daha yüksək səviyyədə təqdim edib.
Marja xəbər verir ki, şirkətin növbəti maliyyə ili üçün verdiyi proqnozdan sonra Nvidia səhmləri 4% bahalaşıb.
LSEG məlumatlarına əsasən, Nvidia-nın nəticələri analitiklərin gözləntiləri ilə müqayisədə belə olub:
Səhm üzrə düzəliş edilmiş mənfəət: 2,22 dollar — proqnoz 2,10 dollar
Gəlir: 96,22 milyard dollar — proqnoz 92,17 milyard dollar
Nvidia süni intellekt sənayesinin mərkəzində dayanan əsas şirkətlərdən biridir və son illərdə süni intellekt bumunun yaratdığı yüksək tələbat hesabına sürətlə böyüyüb.
Şirkətin çiplərindən ən qabaqcıl süni intellekt modellərinin hazırlanması və istifadəyə verilməsi üçün geniş şəkildə istifadə olunur. Nvidia eyni zamanda yeni süni intellekt məlumat mərkəzlərinin maliyyələşdirilməsi və tikintisini dəstəkləyən müxtəlif maliyyə mexanizmlərində getdikcə daha fəal iştirak edir.
OpenAI-nin ChatGPT-ni istifadəyə verməsindən təxminən dörd il sonra Nvidia hələ də çox yüksək artım nümayiş etdirir. Şirkətin son rübdə gəliri ötən ilin eyni dövründə qeydə alınmış 46,7 milyard dollarla müqayisədə iki dəfədən çox artaraq 96,2 milyard dollar təşkil edib.
Nvidia-nın maliyyə direktoru Colette Kress analitiklərlə keçirilən konfrans zəngində bildirib ki, şirkət 2028-ci maliyyə ilində gəlirlərin 70% artacağını gözləyir.
Analitiklərin proqnozu isə 44% artım idi.
Kress bildirib ki, müştərilərin proqnozları “gələn il artımımızın iki dəfə sürətlənəcəyinə işarə edir”. Bununla belə, şirkətin rəsmi proqnozu mövcud təchizat məhdudiyyətlərini də nəzərə alır.
Nvidia-nın rüblük xalis mənfəəti iki dəfədən çox artaraq 53,95 milyard dollara və ya səhm üzrə 2,22 dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 24,76 milyard dollar, səhm üzrə mənfəəti isə 1,87 dollar olmuşdu.
Son üç ildə Nvidia səhmlərinin tarixi yüksəlişindən sonra investorların şirkətin səhmlərinə münasibəti bu il nisbətən soyuyub. Çərşənbə gününün bağlanışına olan məlumata görə, Nvidia səhmləri ilin əvvəlindən 13% bahalaşıb və Nasdaq indeksini cüzi üstələyib.
Şirkətin biznesi sürətli templə böyüməyə davam etsə də, Nvidia-nın qarşıdakı dövrdə AMD, Google və digər şirkətlərin artan rəqabəti ilə üzləşəcəyi gözlənilir.
Bundan başqa, qlobal yaddaş çipləri çatışmazlığının davam etməsi fonunda yaddaş komponentlərinin qiymətlərinin kəskin yüksəlməsi Nvidia üçün əlavə xərc təzyiqi yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
29 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















