Nvidia-nın səhmləri 7% bahalaşıb – Süni intellekt bumuna inam yenidən güclənib
Nvidia şirkətinin səhmləri cümə axşamı şirkətin gəlirlərlə bağlı proqnozunun süni intellektə tələbin yüksək səviyyədə qalacağına dair investorları arxayın etməsindən sonra kəskin bahalaşıb.
Marja.az xəbər verir ki premarket ticarətində Nvidia səhmləri 7,2% bahalaşıb. İnvestorların nikbinliyi göstərir ki, şirkət əvvəlki dörd rübün hər birində gözləntiləri doğrultmasına və ya üstələməsinə baxmayaraq, maliyyə nəticələrinin açıqlanmasından sonrakı gün səhmlərinin ucuzlaşması tendensiyasını bu dəfə poza bilər.
Nvidia-nın hesabatından sonra digər çip istehsalçılarının səhmləri də dəyər qazanıb. Micron 4,5%, Marvell 5,7%, Arm 4,7%, Intel 3%, AMD 1,7%, Nebius 7,5%, CoreWeave 6% bahalaşıb.
Nvidia-nın maliyyə direktoru Colette Kress çərşənbə günü bildirib ki, şirkət 2027-ci ilin fevralından 2028-ci ilin yanvarınadək olan 2028-ci maliyyə ilində gəlirlərinin 70% artacağını gözləyir.
Baş direktor Jensen Huang isə tələbin kəskin artdığını, lakin şirkətin bazara təqdim edə biləcəyi məhsul həcminin məhdud qalmasının artımı məhdudlaşdırdığını deyib.
Nvidia-nın əsas istehsal tərəfdaşı TSMC hələ də istehsal gücü ilə bağlı məhdudiyyətlərlə üzləşir. Nvidia sistemlərinin əsas komponentlərindən olan yaddaş çiplərində də qıtlıq davam edir.
Eyni zamanda analitiklər Nvidia-nın ən qabaqcıl süni intellekt çipləri bazarındakı inhisarçı mövqeyi üçün yeni təhlükəyə diqqət çəkirlər. Böyük bulud provayderləri və OpenAI kimi süni intellekt laboratoriyalarının öz xüsusi yarımkeçiricilərini hazırlaması Nvidia üçün rəqabəti gücləndirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
29 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















