Nvidia AI imperiyasını böyüdür – Hugging Face üçün 12,9 milyard dollar ödəyəcək
Nvidia şirkəti Hugging Face-i 12,9 milyard dollara almağa razılaşıbNvidia açıq mənbəli süni intellekt platforması Hugging Face-i 12,9 milyard dollara almağa razılaşıb.
"The Information" məsələ barədə məlumatlı şəxsə istinadən xəbər verir ki, razılaşma ilə bağlı danışıqlar Hugging Face-ə başqa bir potensial alıcının maraq göstərməsindən sonra başlayıb.
Hugging Face süni intellekt tərtibatçılarının əməkdaşlıq etməsi, modelləri sınaqdan keçirməsi və müxtəlif alətləri paylaşması üçün geniş istifadə olunan açıq mənbəli platformadır.
Business Insider də ayrıca olaraq Nvidia-nın Hugging Face-i almaq üçün danışıqlar apardığını bildirmişdi. Nəşrin ötən həftə yaydığı məlumata görə, Hugging Face potensial alıcıların marağını qiymətləndirmək üçün banklardan biri ilə işləyirdi.
CNBC məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib. Nvidia və Hugging Face isə məsələ ilə bağlı şərh sorğusuna dərhal cavab verməyiblər.
Əgər sövdələşmə başa çatarsa, açıq mənbəli süni intellekt modellərinin paylaşılması və istifadəsi üçün dünyanın ən geniş yayılmış platformalarından biri Nvidia-nın nəzarətinə keçəcək. Bu addım çip istehsalçısının proqram təminatı və süni intellekt modelləri ekosistemində təsir imkanlarını daha da artıracaq.
Nvidia-nın çərşənbə günü açıqladığı güclü maliyyə nəticələrindən sonra şirkətin səhmləri bahalaşıb.
Şirkət son bir il ərzində süni intellekt sektorunda bir sıra böyük sövdələşmələr həyata keçirib. Bunların sırasında süni intellekt çipləri istehsalçısı Groq ilə 20 milyard dollarlıq lisenziyalaşdırma razılaşması da var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
26 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























