Almaniyada işsizlərin sayı 3 milyonu keçib
Avropanın ən böyük iqtisadiyyatında siqnal: İşsizlərin sayı 3 milyon 61 minə çatdıAlmaniyada son dövrdə iqtisadiyyatda müsbət siqnalların artmasına baxmayaraq, əmək bazarındakı durğunluğun davam etməsi nəticəsində avqust ayında işsizlərin sayı 3 milyon nəfər həddinin üzərində qalıb.
Marja xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi (BA) avqust ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.
Məlumata görə, ölkədə işsizlərin sayı avqust ayında əvvəlki ayla müqayisədə 54 min nəfər, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36 min nəfər artaraq 3 milyon 61 min nəfərə çatıb.
Almaniyada iyul ayında 6,4% olan işsizlik səviyyəsi avqustda 6,5%-ə yüksəlib.
Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles bildirib ki, əmək bazarında son aylarda müşahidə olunan zəif dinamika davam edir.
“Əmək bazarı avqust ayında ənənəvi mövsümi təsirləri aşan nəzərəçarpacaq dinamika nümayiş etdirməyib”, – Andrea Nahles qeyd edib.
Almaniyada işsizlərin sayı yay tətili dövrünün başlaması ilə əlaqədar iyul ayında aprel ayından bəri ilk dəfə 3 milyon nəfər həddini ötmüşdü.
Ekspertlər iyul ayından etibarən işsizliyin davamlı artmasını təkcə mövsümi amillərlə deyil, həm də iqtisadiyyatdakı dövri zəifliklə əlaqələndirirlər.
Bununla yanaşı, son dövrdə Almaniya iqtisadiyyatında artan iqtisadi böyümə siqnallarının qarşıdakı dövrdə əmək bazarına müsbət təsir göstərə biləcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb



























