Dünya bazarında şəkər qiymətləri 17 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb
Avropada istehsal azalır, şəkər bahalaşır. Hindistanın qərarı şəkəri daha da bahalaşdırıbAvropada istehsal gözləntilərinin zəifləməsi fonunda xam şəkərin qiyməti son dörd həftədə təxminən 25% artıb. Fyuçers qiymətləri 17 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb.
Marja xəbər verir ki, xam şəkər üzrə fyuçerslər Avropada istehsal perspektivlərinin pisləşməsi ilə ardıcıl dördüncü həftə yüksəlişə doğru irəliləyib. Bununla da qiymətlərdə mart ayından bəri ən uzunmüddətli yüksəliş seriyası qeydə alınıb.
Ən aktiv xam şəkər kontraktının qiyməti cümə günü 2,6%-dək bahalaşıb. Qiymətlər təxminən 17 ayın ən yüksək səviyyəsinə çatdıqdan sonra qazancının bir hissəsini geri verib.
Xam şəkərin qiyməti təklifin azalacağı ilə bağlı gözləntilər fonunda son dörd həftə ərzində təxminən 25% yüksəlib.
“Covrig Analytics”in baş analitiki Claudiu Covrig bildirib ki, Avropada istehsalçılar yeni mövsüm üçün strategiyalarını yenidən nəzərdən keçirirlər və bazara çıxarılan şəkərin həcmi olduqca məhdud qalır. Onun sözlərinə görə, şəkər çuğundurunun məhsuldarlığında azalma davam edir və istehsal perspektivləri getdikcə daha çox narahatlıq doğurur.
Aİ-də şəkər istehsalı 19% azala bilər
Avropa İttifaqının (Aİ) Şəkər Bazarı Müşahidə Mərkəzinin 2026–2027 mövsümü üzrə ilkin proqnozlarına əsasən, Aİ-də şəkər istehsalının 19% azalacağı gözlənilir.
Avropanın aparıcı şəkər istehsalçılarından biri olan “Tereos” da gələn il məhsul yığımının son 38 ilin ən aşağı səviyyələrindən birinə düşəcəyinin gözlənildiyini açıqlayıb.Şirkət bunun təklif üzərində təzyiqi daha da artıracağı barədə xəbərdarlıq edib.
Hindistanın qərarı qiymətlərin artmasını sürətləndirib
Hindistanın oktyabrın 31-dək 1 milyon tona qədər şəkərin rüsumsuz idxalına icazə verməsi də son həftələrdə qiymətlərin yüksəlməsinə dəstək verib. Dünyanın ikinci ən böyük şəkər istehsalçısı olan Hindistanın bu qərarı bazar üçün nadir addım kimi qiymətləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
30 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















