“Embafinans”da qanun pozuntusu aşkarlanıb – 24 min manat cərimə
“Embafinans” 20 min manat, vəzifəli şəxsi isə 4 min manat cərimələnib.Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində “Embafinans” BOKT QSC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Tətbiq edilmiş nəzarət tədbirləri” məlumatında bildirilir.
Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Embafinans” BOKT QSC və onun vəzifəli şəxsi barəsində tədbir görülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.11-ci, 598.12-ci və 598.16-cı maddələrinə əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən “Embafinans” BOKT QSC 20 min manat, onun vəzifəli şəxsi isə 4 min manat məbləğində cərimə edilib.
Beləliklə, təşkilat və onun vəzifəli şəxsinə tətbiq edilən cərimələrin ümumi məbləği 24 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
28 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























