Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
İnflyasiya 3,3%-ə çatıb – Avropa Mərkəzi Bankı faiz artırmağa hazırlaşır. Enerji qiymətləri 14,3% artıb – Avrozonada inflyasiya yüksəldiAvrozonada inflyasiya təxminən son üç ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu göstərici Avropa Mərkəzi Bankının (AMB) gələn həftə faiz dərəcəsini artıracağına dair gözləntiləri daha da gücləndirib.
Marja xəbər verir ki, Eurostat-ın məlumatına görə, avqust ayında istehlak qiymətləri illik müqayisədə (ötən ilin avqust ayı ilə müqayisədə) 3,3% artıb. İyulda illik inflyasiya 2,9% təşkil etmişdi.
Beləliklə, Avrozonada inflyasiya 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Göstərici Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların median proqnozuna uyğun olub.
Ərzaq və enerji kimi qiymətləri daha dəyişkən olan komponentlərin nəzərə alınmadığı baza inflyasiya isə gözlənilmədən 2,4%-ə geriləyib. Bazarların yaxından izlədiyi xidmət sektorunda inflyasiya da 3%-ə düşüb.
İran müharibəsinin inflyasiyanı AMB-nin 2%-lik hədəfindən xeyli yuxarı səviyyədə saxlaması və Avrozona iqtisadiyyatının gözləniləndən daha dayanıqlı olması investorların faiz artımı gözləntilərini gücləndirib.
Bazar iştirakçıları AMB-nin iyun ayında həyata keçirdiyi ilk faiz artımından sonra daha bir artıma gedəcəyini gözləyirlər.
Sentyabrın 10-da faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması artıq bazarlar tərəfindən tam qiymətləndirilib. İnvestorlar bunun ardınca əlavə faiz artımlarının da mümkün olacağını gözləyirlər.
Enerji qiymətləri 14,3% artıb
Avrozona inflyasiyasının əsas komponentlərinə nəzər saldıqda, avqust ayında ən yüksək illik qiymət artımının enerji sektorunda qeydə alındığı görünür.
Enerji qiymətləri iyulda 10,3% artdığı halda, avqustda illik artım 14,3%-ə yüksəlib.
Xidmət sektorunda qiymət artımı iyuldakı 3,3%-dən avqustda 3%-ə geriləyib.
Enerji istisna olmaqla sənaye məhsullarında illik inflyasiya iyuldakı 0,9%-dən 1,2%-ə yüksəlib.
Ərzaq, alkoqol və tütün məhsullarında qiymət artımı isə dəyişməyərək 1,2% təşkil edib.
Eurostat-ın məlumatına görə, Avrozonada işsizlik səviyyəsi avqust ayında 6,4% olub. Bazar gözləntisi işsizliyin 6,3% təşkil edəcəyi istiqamətində idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
29 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























