ABŞ-İran qarşıdurmasının yenidən alovlanması fonunda neft daha da bahalaşıb
Neft qiymətləri artır. Buna səbəb ABŞ ilə İran arasında döyüşlərin yenidən başlamasının Yaxın Şərqdən xam neft tədarükündə uzunmüddətli fasilələrlə bağlı narahatlıqları artırmasıdır.
Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, Brent markalı neftin fyuçersləri 0,9% bahalaşaraq bir barel üçün 95,55 dollara, West Texas Intermediate (WTI) markalı xam neftin fyuçersləri isə 0,6% artaraq 90,73 dollara yüksəlib.
Brent fyuçerslərinin qiyməti günün əvvəlində bir barel üçün 97,04 dollara qədər yüksəlmişdi.
Hər iki etalon neft markası əvvəlki sessiyada təxminən 5% bahalaşaraq son beş həftənin ən yüksək səviyyələrinə çatmışdı.
ABŞ gecə saatlarında İrandakı hədəflərə yeni genişmiqyaslı hava zərbələri endirib. Buna cavab olaraq Tehran İordaniya və Bəhreyndəki ABŞ qüvvələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
Bu eskalasiya son həftələr ərzində iki ölkə arasında baş verən ən ciddi qarşıdurmalardan biri olub.
Qarşıdurmanın yenidən alovlanması münaqişənin Hörmüz boğazından tanker hərəkətini daha da məhdudlaşdıra və onsuz da ciddi olan təchizat şokunu dərinləşdirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Bazar üçün risklər - bazar ertəsi Səudiyyə Ərəbistanı nefti daşıyan iki supertankerin Hörmüz boğazından keçərkən naməlum mərmilərlə vurulmasından sonra daha da artıb. Gəmilərin hər biri Səudiyyə Ərəbistanının Juaymah terminalında təxminən 2 milyon barel neft yükləmişdi.
ING analitikləri qeydlərində bildiriblər:
“ABŞ ilə İran arasındakı qarşıdurmaya baxmayaraq, Hörmüz boğazından neft axınının davam etdiyini görürük, lakin artan gərginlik boğazdan keçidləri açıq şəkildə risk altına salır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
29 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























