Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Dövlət nəqliyyat şirkətlərinin əməliyyat çətinliklərinin həllində yerli startaplara üstünlük veriləcək"

Bakı Metropoliteni və ADY-də problemləri yerli startaplar həll edəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Dövlət nəqliyyat şirkətlərinin əməliyyat çətinliklərinin həllində yerli startaplara üstünlük veriləcək"
Foto: "Report"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bakı Metropoliteni" QSC və "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də müəyyən ediləcək əməliyyat problemlərinin innovativ həlli üçün ilk növbədə yerli startaplara üstünlük veriləcək.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli "Plug and Play × IDDA – Industry Challenge" innovasiya vörkşopunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tədbir İRİA ilə ABŞ-nin "Plug and Play" şirkətinin əməkdaşlığı çərçivəsində keçirilir.

"Bugünkü tədbirin əsas məqsədi innovasiya fəaliyyətlərinin dövlət qurumlarında və dövlət şirkətlərində tətbiqini təşviq etməkdir. Tədbir çərçivəsində "Bakı Metropoliteni" QSC və "Azərbaycan Dəmir Yolları" QSC ilə birlikdə onların real əməliyyat çətinliklərini müəyyən edəcəyik. Daha sonra həmin çətinliklərə uyğun olaraq startapları və böyük texnologiya şirkətlərini onların həllinə yönəldəcəyik", - deyə T.Kərimli bildirib.

O qeyd edib ki, bu cür vörkşopların əsas məqsədi innovasiyanın yalnız müzakirə səviyyəsində qalmasının qarşısını almaq və innovativ həllərin konkret problemlərin aradan qaldırılmasına yönəldilməsidir.

"Plug and Play" korporativ innovasiyalar sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Tədbirin ilkin mərhələsində "Bakı Metropoliteni" və ADY-nin sahə üzrə ekspertləri və əməkdaşları prosesə cəlb olunublar. Əsas məqsədimiz onların əməliyyat çətinliklərini müəyyənləşdirmək və həmin problemlərə innovativ layihələr və startaplar vasitəsilə həll tapmaqdır. Bu gün və sabah keçiriləcək tədbirlər çərçivəsində həmin çətinlikləri müəyyən edəcəyik. Bundan sonra problemlərə uyğun startapların cəlb olunması nəzərdə tutulur", - deyə İRİA-nın departament müdiri əlavə edib.

T.Kərimli vurğulayıb ki, bu prosesdə yerli startaplar prioritet təşkil edəcək.

"Əgər müəyyən edilmiş problemə uyğun yerli startap varsa, ilk növbədə ona üstünlük veriləcək. Yerli startap olmadığı halda regional startaplara müraciət edəcəyik. Regional səviyyədə də uyğun həll tapılmasa, qlobal startapları və texnologiya şirkətlərini həmin problemlərin həllinə cəlb edəcəyik", - deyə o bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

yerli startaplar Azərbaycan startapları İRİA İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Taleh Kərimli Plug and Play Plug and Play Azerbaijan Industry Challenge innovasiya nəqliyyat texnologiyaları dövlət şirkətləri startap əməkdaşlığı texnologiya şirkətləri metroda innovasiya dəmir yolunda innovasiya əməliyyat problemləri rəqəmsal həllər korporativ innovasiya Azərbaycan innovasiya ekosistemi nəqliyyat startapları
02.09.2026 12:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19